XRP 2025-ci ildə tarix yazacaq - Bitstamp
ABŞ mərkəzli "Robinhood" broker şirkətinin 200 milyon dollara satın almaq üçün razılığa gəldiyi "Bitstamp" kriptovalyuta birjası XRP ilə bağlı iddialı açıqlama verərək "2025-ci ildə tarix yazacaq" proqnozunu irəli sürüb.
Valyuta.Az xəbər verir ki, dünyanın ən qədim kriptovalyuta birjalarından biri olan "Bitstamp" rəsmi "X" hesabında etdiyi paylaşımda XRP-nin 2025-ci ildə əhəmiyyətli hadisələrlə gündəmə gələcəyini bildirib.
Mövzu ilə bağlı dəqiq məlumat verilməsə də, "Bitstamp"ın hazırda qaldıraçlı əməliyyat platforması yaratmaq üzərində çalışdığı məlumdur. Bu platformanın XRP Ledger üzərində fəaliyyət göstərəcəyi ehtimal edilir.
$XRP gonna make history next year
— Bitstamp (@Bitstamp) December 20, 2024
Bundan əlavə, "Bitstamp" bu ilin iyun ayında ABŞ mərkəzli "Robinhood" broker şirkəti ilə 200 milyon dollarlıq satınalma müqaviləsi imzalayıb. Müqavilənin 2025-ci ilin ilk yarısında tamamlanması gözlənilir. ABŞ seçkilərindən sonra XRP-ni siyahıya alan ilk platformalardan birinin "Robinhood" olduğu nəzərə alınarsa, bu planların yalnız bir törəmə əməliyyat platforması ilə məhdudlaşmayacağı ehtimal edilir.
Bundan başqa, "Ripple" son günlərdə USDT və USDC-yə rəqib olaraq yaratdığı sabit coin RLUSD-ni rəsmən bazara təqdim edib. Bu kriptovalyuta artıq bir neçə birjada siyahıya alınıb və tezliklə "Bitstamp"da da mövcud olacaq.
Digər tərəfdən, XRP-nin qarşısında ETF ilə bağlı qərar var. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) gələn il XRP ETF-lərinə icazə verməsi gözlənilir. Analitiklər bu inkişafın XRP qiymətinə, Bitcoin-də olduğu kimi, müsbət təsir göstərəcəyini düşünürlər.
"Ripple" eyni zamanda Donald Trampın (Donald Trump) ABŞ prezidenti vəzifəsinə geri dönəcəyi günə hazırlaşır. Tramp, 20 yanvarda vəzifəni Co Baydendən (Joe Biden) təhvil alacaq. "Ripple" isə Trampın andiçmə mərasimi komitəsinə 5 milyon dollarlıq XRP ianəsi edəcəyinə söz verib.
Son olaraq, XRP üçün 2023-cü il çox uğurlu keçib. İlin əvvəlində 0,61 dollar qiyməti ilə ticarətə başlayan kriptovalyuta 280% artaraq hazırda 2,31 dollardan alınıb-satılır.
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay