BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
60843

"Binance"ın baş direktoru "Bitcoin"in qiymətinin yeni tarixi rekord səviyyəyə çatmasını şərh edib.

"Bu, Bitcoin-in niş aktivdən əsas maliyyə alətinə çevrilməsi yolunda dönüş nöqtəsidir. Bitcoin-in 100,000 ABŞ dolları səviyyəsini keçməsi ilə o, institusional və fərdi investorların artan marağını cəlb etməyə davam edir, kriptovalyutaların qlobal maliyyə mənzərəsində mövqelərini möhkəmləndirir və onların daha geniş yayılmasına təkan verir".

Valyuta.Az-ın verdiyi xəbərə görə, bu sözləri "Binance"ın baş direktoru  Riçard Tenq * (Richard Teng) bildirib.

Riçard Tenqin fikirlərini təqdim edirik:

- 2009-cu ildə ilk blokun mədənindən təxminən 16 il sonra Bitcoin bir token üçün 100,000 ABŞ dolları səviyyəsinə çatıb və bunun nəticəsində bu aktivin ümumi bazar kapitallaşması 2,1 trilyon ABŞ dollarına yüksəlib. Beləliklə, Bitcoin bazar kapitallaşması 2 trilyon ABŞ dollarını aşan yeddi aktiv və ya şirkətdən ibarət çox məhdud siyahıya daxil olub. Bu siyahıya qızıl və texnoloji nəhənglər – NVIDIA, Apple, Microsoft, Alphabet (Google) və Amazon daxildir.

Bitcoin-in tarixi rallisi token başına 100,000 ABŞ dollarına çatarkən, bu hadisə bazarda əhəmiyyətli struktur dəyişiklikləri, Tramp administrasiyası dövründə ABŞ tənzimləmələrində mümkün dəyişikliklər və Bitcoin ETF-lərinin uğurlarından qaynaqlanan institusional qəbul fonunda baş verir. ABŞ-da Bitcoin-in strateji ehtiyatının yaradılması ilə bağlı müzakirələr və Bitcoin-i korporativ xəzinələrinə əlavə edən şirkətlərin sayının artması, Bitcoin-in qlobal miqyasda həqiqi qəbulunun astanasında olduğumuzu göstərir.

Böyüməyə təsir edən amillər:

- Son makroiqtisadi şərait dəyişiklikləri Bitcoin rallisində mühüm rol oynayıb. ABŞ Federal Ehtiyat Sistemi uzun müddət davam edən sərtləşmədən sonra faiz dərəcələrini endirdiyi və qlobal likvidliyin artdığı bir dövrdə, kapital inflyasiyaya davamlı və məhdud resurs kimi qəbul edilən aktivlərə yönəldi. Məhdud sayda (21 milyon) mövcud olan Bitcoin, fiat valyutasının dəyərsizləşməsindən qorunmaq üçün təbii seçimə çevrildi, bu da tələbin artmasına səbəb oldu;

- Tramp administrasiyası tərəfindən kriptovalyuta ilə bağlı potensial tədbirlər bazara optimizm gətirdi, çünki ABŞ-ı qlobal kripto mərkəzinə çevirmək vədi seçki kampaniyası zamanı verilmişdi. ABŞ-ın strateji Bitcoin ehtiyatı və qanunvericilikdəki potensial dəyişikliklər barədə müzakirələr investorların etibarını daha da gücləndirir;

- Microstrategy şirkətinin Bitcoin-ləri sürətlə əldə etməsi rəqəmsal aktivlərin korporativ xəzinələrə cəlb edilməsində artan tendensiyanı vurğulayır: hazırda şirkət ümumi Bitcoin həcminin 1,5%-nə sahibdir. Marathon Digital və, bəlkə də, Microsoft kimi digər şirkətlər də bu nümunəni izləyir ki, bu da Bitcoin-in strateji aktiv kimi daha geniş qəbuluna işarə edir.

- Bitcoin ETF fondlarının, eləcə də son zamanlarda bitcoin ETF fondlarına opsionların ortaya çıxması institusional investorlar üçün gəlir əldə etməyi və riskləri hedc etməyi asanlaşdırdı ki, bu da son dövrlərdəki ralliyə əhəmiyyətli dərəcədə töhfə verdi. Bu ETF-lərə əhəmiyyətli maliyyə axını sayəsində bitcoin əsas maliyyə bazarlarına daha da inteqrasiya olunmağa hazırdır.

* "Binance"ın baş direktoru (CEO) Riçard Tenq (Richard Teng) 2023-cü ilin noyabr ayında "Binance"ın təsisçisi və əvvəlki baş direktoru Çanpenq Çjaonun (Changpeng Zhao) istefasından sonra bu vəzifəyə təyin edilmişdir. 

Riçard Tenq maliyyə xidmətləri və tənzimləmə sahələrində 30 ildən çox təcrübəyə malikdir. O, 2021-ci ilin avqust ayında "Binance"ın Sinqapur bölməsinin baş direktoru olaraq şirkətə qoşulmuş və daha sonra Asiya, Avropa və Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarının rəhbəri kimi fəaliyyət göstərmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktida aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Hesablama Palatası: Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

Naxçıvanda qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənilib

Nazirlikdə yeni şöbə yaradıldı, rəhbər təyin edilib

“Yelo Bank”a departament rəhbəri təyin edildi

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

AQTA-nın fəaliyyətində nöqsanlar aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin