"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib
Maykl Seylorun (Michael Saylor) rəhbərlik etdiyi "MicroStrategy" şirkəti indiyə qədər 386 700 "Bitcoin" alıb və bu alışlar üçün ümumilikdə 21,9 milyard dollar xərcləyib.
Valyuta.Az xəbər verir ki, bu günə olan məlumata əsasən, şirkətin "Bitcoin"lərinin ümumi dəyəri, son enişlərə baxmayaraq, 36,6 milyard dollara çatıb. Beləliklə, "MicroStrategy" bu günə qədər "Bitcoin" investisiyalarından 14,7 milyard dollar qazanc əldə edib.
"Bitcoin"in qiymətində son dəyişikliklər
ABŞ-dakı seçkilərdən sonra "Bitcoin" qiymətində sürətli artım müşahidə edilsə də, 100 min dolları keçə bilməyib. Dünən gecə "Bitcoin"in qiyməti 93 min dollardan aşağı düşsə də, bu səhər yenidən 94 700 dollardan yuxarı qalxıb.
Bəzi analitiklər hesab edirlər ki, 100 min dollarlıq hədd "Bitcoin" üçün mövcud dövrdə ən yüksək qiymət ola bilər. Lakin bu fikrə qarşı çıxanlar da var. Bu cür skeptiklər arasında "MicroStrategy"nin qurucusu və icraçı direktoru Maykl Seylor da yer alır.
"MicroStrategy"nin son böyük alışı
M.Saylorun açıqlamasına əsasən, "MicroStrategy" son olaraq 55 500 "Bitcoin"i orta hesabla 97 862 dollardan alıb. Bununla birlikdə, 24 noyabr tarixinə şirkətin ümumi "Bitcoin" sayı 386 700-ə çatıb.
► HƏMÇİNİN OXU: "MicroStrategy" (MSTR) 5,4 milyard dollar dəyərində 55,000 "Bitcoin" (BTC-USD) alıb
Bu günün qiymətləri ilə "Bitcoin" şirkətin son alış qiymətindən 3,16% aşağıdadır. Bu, "MicroStrategy"nin son 5,4 milyard dollarlıq alışından təxminən 170,6 milyon dollar zərər etdiyini göstərir.
Lakin ümumilikdə "MicroStrategy" "Bitcoin" investisiyalarından böyük qazanc əldə edib. Saylorun bildirdiyinə görə, şirkət 386 700 "Bitcoin" üçün orta hesabla 56 761 dollar ödəyib və bu alışlar üçün ümumilikdə 21,9 milyard dollar xərcləyib. Hazırda həmin "Bitcoin"lərin dəyəri 36,6 milyard dollardır.
Son qiymət enişlərinə baxmayaraq, "MicroStrategy" indiyə qədər "Bitcoin"dən 14,7 milyard dollar gəlir əldə edib.
► HƏMÇİNİN OXU: "MicroStrategy"nin "Bitcoin" strategiyasının uğura çevrilmə hekayəsi
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay