“Metaplanet” “Bitcoin” ehtiyatlarını artırdığını açıqladı - Səhmləri bahalaşdı
Yaponiyada yerləşən “Metaplanet” investisiya şirkəti ümumi aktivlərini 1,018,17 BTC-ə çatdıraraq “Bitcoin” investisiyalarını artırıb.
Valyuta.az-ın məlumatına görə, Tokio Fond Birjasında siyahıya alınmış şirkət bazar ertəsi günü elan edib ki, daha 156,78 BTC (10,4 milyon dollar) almaqla davam “Bitcoin” yığımına davam edib. “Metaplanet”in CEO-su Simon Gerovich bu investisiya ilə şirkətin Asiyanın ən böyük institusional “Bitcoin” sahiblərindən birinə çevrildiyini bildirib.
“Metaplanet” may ayında “Bitcoin”i strateji xəzinə ehtiyat aktivi kimi qəbul etdiyini açıqlamışdı. Şirkət kapital bazarları fəaliyyətləri və əməliyyat gəlirləri hesabına maliyyələşdirilən “Bitcoin” alışları vasitəsilə aktivlərini strateji cəhətdən artırmaq üçün hərəkətə keçmişdi. Ən son elanı ilə şirkət “Bitcoin” yığımlarını 1000 BTC-dən çox artırdı.
Stok performansına müsbət təsir
“Metaplanet”in bu addımı şirkətin səhmlərinə əhəmiyyətli dərəcədə təsir etdi. Asiyada bazarın açılmasından əvvəl edilən açıqlamadan sonra şirkətin səhmləri 8% bahalaşıb. Səhmin qiyməti hazırda Yapon yenində 1139 JPY səviyyəsindədir. “Metaplanet”in səhmləri bu günə qədər 610% artıb.
“Metaplanet”in Bitcoin investisiyaları göstərir ki, o, institusional “Bitcoin” qəbulunda qlobal rəqib kimi ortaya çıxa bilər. Keçən həftə “Metaplanet” Maykl Saylorun MikroStrategiyasının izinə düşərək “BTC Gəlir” kimi tanınan metrikanı qəbul etdi. Bu metrik “Bitcoin” alışlarının səhmdar dəyərini artırıb-artmadığını qiymətləndirmək üçün istifadə olunur və şirkət üçün yüksəliş trendində olduğunu göstərir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay