“Bitwise”: Tramp seçkidə qalib gəlsə, “Bitcoin” 92 min dollara yüksələcək
Məşhur aktiv idarəetmə şirkəti “Bitwise” meneceri Jeff Park son məqaləsində Trampın ABŞ seçkilərində qalib gələcəyi təqdirdə Bitcoin qiymətinin 92 000 dollara çatacağını proqnozlaşdırmışdı.
Valyuta.az-ın məlumatına görə, “Bitcoin” və kriptovalyutalar ABŞ seçkiləri ilə sıx əlaqədə olsa da, Donald Trampın mümkün qələbəsinin qısa müddətdə BTC qiymətini 90 min dollara qaldıra biləcəyi təxmin edilir. Digər tərəfdən, ehtimal edilir ki, Kamala Harrisin mümkün qələbəsi BTC qiymətini 40.000 dollara endirə bilər.
Jeff Parkın “Bitcoin” üçün yüksək qiymət proqnozu Trampın qələbəsinin kriptovalyutaların qiymətini yüksəldəcəyini gözləyən bir çox ekspert və analitiklər arasında idi.
“Bitcoin” milyonçusu Erik Finman da Trampın seçkiləri qazanacağı təqdirdə Bitcoin-in 100.000 dollara yüksələ biləcəyini bildirib.
Bunun əksinə olaraq, Kamala Harrisi dəstəklədiyini açıqlayan milyarder investor Mark Cuban Tramp seçilərsə, kriptovalyuta bazarlarının yəqin ki, “bir neçə həftəyə” yüksələcəyini, lakin sonra azala biləcəyini qeyd edib. Cuban həmçinin əlavə edib ki, Trampın iqtisadi siyasətləri inflyasiyaya səbəb ola bilər və uzunmüddətli perspektivdə “Bitcoin”in qiymətinə mənfi təsir göstərə bilər.
Əvəz Həsənov
HƏMÇİNİN OXU:
ABŞ seçkiləri yaxınlaşdıqca “Bitcoin” 70 min dollara çatır - Nələr gözlənilir?
Bitcoin üç aylıq zirvədə: Trampın qələbə şansı valyuta dinamikasına təsir edir
Donald Trampın 3 ayda “Bitcoin” və altkoinlərdə yığılan ianələrinin miqdarı AÇIQLANDI
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay