ABŞ seçkiləri yaxınlaşdıqca “Bitcoin” 70 min dollara çatır - Nələr gözlənilir?
ABŞ-da prezident seçkiləri ilə əlaqəli olan “Bitcoin” (BTC) keçmiş prezident Donald Trampın qalib gəlmə şansı artdıqca bahalaşmağa davam edir.
Valyuta.az-ın verdiyi xəbərə görə, analitiklər ABŞ seçkilərinin və Trampın artan qalibiyyət şansının qiymətə kritik təsir göstərdiyini bildirir.
“FalconX” araşdırma rəhbəri David Lawant keçmiş prezident Donald Trampın qələbə ehtimalının artmasının “Bitcoin”in qiymətinin artmasına səbəb olduğunu vurğulayıb.
“Presto Research” analitiki Min Jung “The Block”a açıqlamasında “Bitcoin”in bütün zamanların ən yüksək səviyyəsinə yaxın qaldığı üçün 70.000 dollar səviyyəsi mühüm psixoloji müqavimət nöqtəsini təmsil etdiyini deyib.
“SOFA”dan Augustine Fan da ABŞ seçkiləri ilə Bitcoin qiymətinin korrelyasiya ilə hərəkət etdiyini qeyd edib:
“Bitcoin” və kriptovalyutalar üçün ən müsbət nəticəni açıqlayan Fan deyir ki, ABŞ seçkilərinin nəticələrinə diqqət yetirdiyimiz zaman kriptovalyuta üçün ən müsbət nəticə Trampın qələbəsi olacaq: “Bu, Trump və Vance tərəfindən təsdiqlənmiş rəqəmsal aktiv islahat planlarının Konqresdən keçmə şansını artıracaq".
Polymarket-də mövcud vəziyyətə görə, Trampın prezidentlik yarışında qalib gəlmə şansı 61,3%, Vitse-prezident Kamala Harrisin qalib gəlmə şansı 38,8% qiymətləndirilib. Onların aralarındakı fərq 22,5% olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay