Bu ölkə “Binance” kriptobirjasına girişi bloklayır
Filippinin Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ölkədə dünyanın ən böyük kriptovalyuta birjası “Binance” kriptobirjasına girişə məhdudiyyətlərin tətbiqi prosesinə başlayıb, “Reuters” yazır.
Jurnalistlərin sözlərinə görə, Filippin tənzimləyicisi “Binance”nin ölkədə şirkət kimi qeydiyyatdan keçmədiyini və fəaliyyət göstərmək üçün müvafiq icazə və lisenziyalara malik olmadığını bildirib. SEC rəsmiləri deyirlər ki, ticarət platformasına girişə məhdudiyyətlərin tətbiqi prosesi istifadəçilərin birjadan vəsaitləri çıxara bilməsi üçün təxminən üç ay çəkəcək.
Bundan əlavə, tənzimləyici Filippində “Binance” reklamlarının nümayişini məhdudlaşdırmaq tələbi ilə “Google” və “Facebook”a müraciət edib.
ABŞ səlahiyyətlilərinin “Binance”yə qarşı ittihamlarını həll etməyə yönəlmiş sövdələşmənin bir hissəsi olaraq, birja 4.3 milyard dollar cərimə ödəyib, onun təsisçisi Changpeng Zhao isə şirkətin rəhbəri vəzifəsini tərk edib. Zhao həmçinin bank sirri haqqında qanunu pozmaqda günahkar olduğunu etiraf edib və 50 milyon dollar cərimələnib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay