Qeyri-OPEC ölkələrində bu il neft hasilatının artım tempi sürətlənəcək - PROQNOZ
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-2024-cü illər üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.
OPEC-in məlumatına görə, cari il OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 67,59 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,1 mln. barel çoxdur. Belə ki, hasilatın artım tempinin 1,78 mln. barel (öncəki proqnoz göstəricisindən 0,1 mln. barel çoxdur) səviyyəsində olacağı ehtimal olunur.
Proqnoza əsasən, 2024-cü ildə OPEC-ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 68,97 mln. barel olacaq, bu da 2023-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 0,1 mln. barel artım deməkdir. Gələn il üçün artım tempi üzrə göstəricisini isə OPEC 1,38 mln. barel (proqnoz dəyişməyib) həcmində olacağını proqnozlaşdırır.
Hesabatda bildirilir ki, 2022-ci ildə sözügedən göstərici 65,81 mln. barel həcmində olub.
Xatırladaq ki, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62,97 mln. barel təşkil edib.
© Apa.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay