BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
17313

Xəbər verdiyimiz kimi, 15 avqustda Taliban silahlı qruplaşması Əfqanistanın paytaxtı Kabil şəhərinə daxil olaraq bütün ölkə üzrə hakimiyyəti ələ aldı. Məlum məsələdir ki, 2004-cü ildən bəri Əfqanistan hökuməti ABŞ ilə müttəfiq münasibətləri içərisində idi və iqtsadi baxımdan yüksələn xəttlə inkişaf edirdi. 

Belə ki, ABŞ ordusunun köməyi ilə hakimiyyət qurulduqdan sonra rəsmi statistikalara görə, Əfqanistanın dövlət iqtisadiyyatı 2003-2013-cü illərdə hər il 9% böyüyüb. Daha sonrakı illərdə xarici yardımların sayının azaldılmasının da təsiri ilə iqtsadiyyatın inkişaf surəti zəiflədi və 2015-2020-ci illərdə illik 2,5%-ə endi.

Radikal şəriət qaydaları ilə idarə olunan Talibanın hakimiyyətə gəlməsi ölkənin iqtisadi həyatına hansı təsirlərin edəcəyi isə maraq doğuran məsələdir. 

Valyuta.Az sözügedən mövzuda araşdırma edib. Həmin araşdırmanı Sizə təqdim edirik.

Dünya Bankı hələ bir neçə ay əvvəl ölkə üzrə açıqladığı hesabatda hazırki vəziyyətdə Əfqanistan iqtisadiyyatının dalğalı və xarici yardımlardan asılı vəziyyətdə olduğunu bildirmişdi. Bu gün isə Talibanın ölkəni ələ keçirməsindən sonra xarici yardımların ciddi mənada kəsiləcəyi və iqtsadi vəziyyətin ciddi şəkildə pisləşəcəyi də şübhə doğurmur.

Xarici yardımdan asılılıq

Sözügedən hesabat görə, xaricdən edilən iqtisadi yardımların həcmi ümumi dövlət büdcəsinin 22%-nə bərabərdir. Bu rəqəm 10 il əvvəl daha da yüksək həddə idi.

Talibanın hakimiyyətə gəlməsindən sonra haqqında danışılan xarici yardımların edilməsi də artıq sual altındadır. Belə ki, ötən həftə öncə Almaniya Xarici İşlər naziri Heike Maas yerli mediaya verdiyi açıqlamada “Talibanın hakimiyyəti ələ keçirəcəyi təqdirdə ölkəyə bir sent belə yardım göndərməyəcəklərini”, - deyə bildirmişdi.

İqtisadiyyatın dalğalı və qırılğan olması

Talibanın hakimiyyətə gəlməsi xarici iqtisadi əlaqələrin siyasi baxımdan heç də güvənli olmadığını ortaya qoyur. Bu onunla bağlıdır ki, Taliban bundan sonra gəlirlərin əsas hissəsini ölkənin siyasi güvənliyinə və təhlükəsizliyinə ayıracaq. Bu rəqəm digər zəif inkişaf etmiş ölkələrdə 3%-dirsə, Əfqanistanda 29% təşkil edir.

Daxili təhlükəsizlik problemi digər bir məsələni oertaya çıxardır: ölkəyə xarici investisiyaların edilməsini yox səviyyəsinə endirmək. 

BMT-nin hesabatına görə, 2014-cü ilə qədər bir dənə də belə olsun xarici şirkət ölkəyə investitisiya etməyib. 2014-2020-ci illərdə isə sadəcə 4 xarici region şirkəti tərəfindən tikinti-infrastruktur sahəsində müəyyən yatırımlar edilib. Müqayisə üçün qeyd edə bilərik ki, digər zəif inkişaf etmiş ölkələrdən olan Nepalda 10 dəfə, Şri-Lankada isə 50 dəfə daha çox sıfırdan invenstisiyalar həyata keçirilib.

Dünya Bankının sözügedən hesabatına görə, özəl sektor demək olar ki, 0 səviyyəsindədir və gəlir gətirən sektorların 60%-i yerli maldarlıq və qismən taxıl sahələridir.

Ölkənin təbii sərvətləri

Əslində, Əfqanistan çoxsaylı yeraltı mineral məddələrlə zəngin coğrafiyada yerləşir, lakn qeyri-siyasi sabitlik bunlardan düzgün formada istifadəyə imkan vermir. Mis, kobalt, kömür və dəmir filizi kimi yeraltı sərvətlərlə yanaşı, neft, təbii qaz və qızıl yataqları da mövcuddur. Bundan əlavə. ən maraqlısı isə smatrfonlarda və digər texniki cihazların istehsalında istifadə edilən “lityum” adlı metal parçası da məhz bu ölkədə kifayət qədərdir. Bu baxımdan ölkənin təbii sərvətləri kifayət qədər cəlbedicidir.

Hələ 2010-cu ildə “New York Times” qəzetinə müsahibə verən yüksək rütbəli ABŞ zabiti Əfqanisanın yeraltı sərvətlərlə zəngin olduğunu, lakin siyasi baxımdan qeyri-sabitliyin və çoxsaylı bürokratik əngəllərin oloması səbəbindən bunların xaricə çıxarılmasında çətinliklərin olduğunu vurğulamışdı. 

Məhz həmin müsahibədən sonra, “New York Times” qəzetində yayımlanan digər bir oxşar xəbərdə rəsmi Pentaqon tərəfindən Əfqanistanı “Lityum metalının yeni mərkəzi” olaraq göstərilmişdi.

Bütün bunlarla yanaşı, digər önəmli məsələ isə xarici hegemon dövlətlərin Taliban hakimiyyəti ilə iqtisadi əlaqəlrini necə quracağı ilə bağlıdır. 

Xarici ölkələrin Əfqanistanın gələcək iqtsadiyyatına olan münasibəti və mümkün təsirləri

Rusiyanın mövqeyi: Rusiya üçün bu məsələ olduqca əlverişli fürsətlər doğurur. Çünki KTMT üzvü olan və iqtisadi, hərbi-siyasi mənada Rusiyadan asılı olan Mərkəzi Asiya ölkələrinə Qərbin təsir imkanları günü-gündən artır. Həmçinin, bu ölkələrdə də Rusiyanın orbitindən uzaqlaşaraq Qərb və Çinlə daha yaxın olma meyilləri müşahidə olunur. 

Bir zamanlar Qırğızıstana qədər uzanan narıncı inqilablar, Qazaxıstanda süni də olsa reformlar, Özbəkistanın artıq özünü daha fərqli formatda dünya iqtisadiyyatına qoşmaq istəməsi, Türkmənistanın İpək Yolu üzərindəki, həmçinin Transxəzər layihəsindəki önəmi, Qarabağdakı situasiyanın dəyişməsi ilə Türkmənistanın Türkiyəyə açılmaq imkanlarının artması, Tacikistanda SSRİ-dən qalma və yenilənməyən, çürüyən Emomali Rəhmon səltənətinin qırılqan hala gəlməsi fonunda Əfqanıstanda ortaya çıxan vəziyyət Rusiyaya imkan verir ki, KTMT sərhədlərinin möhkəmləndirilməsi bəhanəsi ilə bu ölkələrdəki hərbi varlığını artırsın. 

Dolayısı ilə elə bu ölkələr də yaranan situasiyadan narahatdır və özləri də təhlükəsizliklərinin təmini üçün Rusiyaya yalvarmağa məcbur və maraqlıdırlar.

İncə bir nüansı da qeyd edim ki, Taliban hökümət sarayına girərkən şəkli çəkilən o üç nəfər, bir ildən az müddət əvvəl Moskvada rəsmi səfərdə olub Sergey Lavrovla da görüşmüşdülər.

ABŞ üçün avantajlar: ABŞ-da Taliban və Əfqanıstan məsələlərinə baxış açığı bir qədər fərqlidir. Çünki ABŞ milli maraqlarla yox, dünyanın əsas güc maqnatlarının maraqları ilə idarə olunan bir dövlətdir. Respublikaçılar vaxtı bir trillarder ABŞ siyasətini idarə edir, Demokratlar gələndə başqa trilliarder. İndi demokratlar hakimiyyətdədir hansı ki, elə onlar Talibanı yaradıb Sovetə qarşı dəstəkləyirdilər.

2001-ci ildə Talibana hücum edən isə respublikaçılar idi. Respublikaçıların saldığı ordunu 20 il sonra demokratlar çıxardılar.

Demokratlar həm də Çinin inkişaf etmiş hala gəlməsində müstəsna rol oynayıblar. Çünki Çin də, demokratlar da, Talibanın sponsoru Qətər də eyni üçbucaqdırlar və Rotşild ailəsinin nəzarətindədirlər.

Amma ümumi olaraq, vahid ABŞ şəklində məsələyə yanaşsaq, düşünürəm ki, Çinin iqtisadi, ticari və stratejik olaraq Mərkəzi Asiya, İran və Qafqazlara çıxışını əngəlləmək üçün növbəti seçki periodundan sonra yəni respublikaçıların dövründə ABŞ, Taliban bəhanəsi ilə regiona yenidən qayıda bilər.

Çinin qarşısını almaq barədə Rusiya və ABŞ ortaq razılığa gələ bilsələr, Taliban elə Əfqanıstan içərisində də hakimiyyət qalaraq sakitcə dövranını sürəcək.

Yox, əgər burada üçlü sürtüşmə və rəqabət başlasa, ABŞ Əfqanıstandakı problemləri Rusiyaya zərbə endirmək və beləcə gələcəkdə Taliban bəhanəsi ilə Əfqanıstandan da böyük ərazilərə müdaxilə imkanı əldə etmək üçün oraya elə bir "yanğın" vuracaq ki, odu Türkmənistanı, Özbəkistanı və Tacikistanı da yandıracaq. Hətta İranı da.

Çinin münasibəti: Çin ABŞ-ın Əfqanıstanı işğal müddəti ərzində Pakistanla bərabər, Pakistan üzərindən Talibana xeyli dəstək verib və nəticəsi də ortadadır. Lakin bundan sonrakı dövr üçün Taliban Çinə hansı şərtlər altında lazım olacaq və ya olmayacaq, məsələ budur.

Çin bundan sonrakı dövr üçün yalnız o şərtlə Taliban hakimiyyətini dəstəkləməyə davam edər ki, yeni quruluş İranla normal münasibətlərə sahib olsun. Və radikal yox, nisbətən ilıq İslamçılıq üzərində hərəkət etsin. Əgər Taliban İranla münasibətləri tənzimləyə bilməsə, hətta korlasa, bu zaman Əfqanıstanda Taliban kimi islamçı qruplaşmanın hakim olmasının Çin üçün heç bir avantajı qalmayacaq və bu, qanqrenə çevriləcək. Hətta Uyğur Muxtariyyətindəki islamçı qruplaşmalar üçün presedent və ilham mənbəyinə çevrilə bilər.

Çin məhz bu mənada diqqətli olmağa çalışacaq ki, Taliban olduğu kimi qalsa da, bir qədər müasirləşsin və millətçiləşsin, nəinki dində daha da qatılaşsın. 

Qeyd edək ki, ötən həftələrdə Taliban nümayəndələri Çin XİN tərəfindən də rəsmi şəkildə Pekində qarşılanmış və razılıqlar əldə olunmuşdu.

İranın gələcək siyasəti: İran baxımından Talibanın Əfqanıstandakı mövcudluğu daha əlverişlidir, bu şərtlərlə ki, Taliban radikal sünni siyasət yürüdərək İran əleyhinə bu və ya digər kampaniyalara qoşulmasın, İranın şərqində, Əfqanıstanla sərhədlərdə fəaliyyət göstərən Cundullah kimi radikal sünni qruplaşmalara dəstək verməsin və Əfqanıstanda yaşayan şiə vətəndaşları təqib etməsin. Bu şərtlər yerinə otursa, İranla Əfqanıstan bir-birinə daha dərindən bağlana biləcəklər. Həm Çindən gələn ticarət yolları üzərində birgə nəzarət, həm İran üçün yeni bir bazardır Əfqanıstan.

İndi İranın sünni Talibanla yarada biləcəyi mehriban qonşuluq həm də onun nüfuzunun bir qədər artmasına da təsir edə bilər.

Hazırladı: Kamran Xəlilov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldu (YENİLƏNİB)

"Ölümü"nü səhnələşdirən tikinti şirkətinin rəhbərinə hökm oxunub

Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"

Bu il Azərbaycana nə qədər turist gəlib?

Macarıstan Azərbaycana avtobus istehsalında əməkdaşlıq təklif edir

Xaricdən çayın kiloqramını neçəyə alırıq?

Bakıda üç məktəbin direktoru cəzalandırıldı

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Sabah bəzi yerlərdə 31 dərəcə isti olacaq

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

Azərbaycanla Macarıstanın ticarət dövriyyəsi 40% artıb

İşçilərin sosial mediada ən çox etdiyi səhvlər

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Macarıstan Azərbaycandan daha çox təbii qaz almağı planlaşdırır

Magistr olmaq istəyənlərin nəzərinə!

Azərbaycanlı təsisçinin startapı beynəlxlaq mükafat qazanıb

Bakının məşhur məktəbi təmirə bağlanır - Şagirdlər bu təhsil ocaqlarına köçürülür

Neçə nəfərə sosial müavinət və təqaüd təyin olunub?

Vətəndaşlar Laçına şəxsi avtomobillə gedə biləcək

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Üç ayda bu məhsulun satışından 50 milyon dollardan çox gəlir əldə etmişik - Qiymətlər

Bu rayonlarda qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin