BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7739
  • RUB
    1.7487
  • TRY
    0.0475
  • GBP
    2.1158
63939

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon ABŞ dolları (8 milyard 772 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 6,9 %-i qədər, daxili dövlət borcu isə 18 milyard 659,7 milyon manat və yaxud ÜDM-in 14,8 %-i qədər olub.

Valyuta.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 20,4 % azalıb, daxili dövlət borcu isə 17,6 % artıb. Bu, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində baş verib.

Beləliklə, ötən ilin sonuna ölkənin dövlət borcu 27 milyard 431,7 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin sonuna nisbətən 2 % çoxdur.

2024-cü ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 1 milyard 295,5 milyon manat təşkil edib.

Bundan daxili dövlət borcu üzrə 170,3 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1 milyard 125,2 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat) ödənilib.

Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı nəzərdə tutulmuş vəsait bundan 0,1 milyon manat çox olduğu üçün qənaət olunmuş məbləğ (bank xərci) “Dövlət borcu haqqında” qanuna uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AZAL rəhbərliyi şirkətdən nə qədər qazanır? - Rəqəmlər

Qəhvə fyuçerslərinin qiyməti yenidən rekord həddə yüksəlib

“Meta” Trampa 25 milyon dollar təzminat ödəyəcək

Azərbaycan nefti bahalaşıb

Bu gün Bakının bu ərazilərində qaz olmayacaq

Suriyanın yeni prezidenti elan edildi

Avro və rubl ucuzlaşdı - Məzənnə

Milyonlarla aktivə sahib investorlar əsas səhvlərini açıqladılar - SƏHƏR OXUSU

Trampın tariflərinin Avropa, ABŞ və Çin avtomobil bazarına təsiri - "The Guardian"

"FED" pul siyasətinin icrası ilə bağlı qərarlarını açıqlayıb

"Fed" 2025-ci ilin ilk faiz qərarını açıqladı

MrBeastdən İlon Maska: "TikTok" üçün yarışanlar..."Euronews"

"OpenAI" tədqiqatçısı: Süni intellektin sürətli inkişafı çox "dəhşətli"dir

"OpenAI" tədqiqatçısı: Süni intellektin sürətli inkişafı çox "dəhşətli"dir

Nehrəm qəsəbəsinin su təminatı üçün 28,7 milyon ayrıldı - Detallar

Avropa İttifaqının sənayedəki güc itkisinin kompensasiya planı - "Bloomberg"

İspaniya həddindən artıq turizmlə müharibə aparır: Ölkəyə giriş məhdudlaşdırılacaq?

Bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşıb

Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı

"TikTok"un Tailanda 126 milyardlıq investisiyası

Süni intellektə sərmayə: böyük gəlirlər, yoxsa itirilmiş vəsait?

“Azturmak”la “Maqro Construction” arasında alqı-satqı mübahisəsi

"Nvidia"nın səhmləri yenidən yüksəlməyə başlayıb

Türkiyə, Azərbaycan və Özbəkistan arasında Ankara bəyannaməsi imzalanıb

TDT-nin növbəti Zirvə görüşü Azərbaycanda keçiriləcək - Hakan Fidan

Bakıda sakinlərlə tikinti şirkəti arasında problem - Kirayə pulları ödənilmir

“Amerikan Treydinq Kompany” məhkəmə qarşısında

Süni intellekt dalğası "ASML"i yüksəltdi – Səhmlər rekord həddə çatdı

"Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır - MƏHKƏMƏ İŞİ

Bələdiyyə üzvləri hansı hallarda səlahiyyətlərini itirə bilər?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin