“Capital Partners”in biznes itkiləri 227 milyon manata yaxınlaşıb
“Capital Partners İnvestisiya Şirkəti” QSC-nin 2024-cü ilin yanvar- noyabr aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 938,4 mln. manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 20% və ya 226,6 milyon manat azalıb. Belə ki, 2023-cü ilin ilk on bir ayında “Capital Partners”in dövriyyəsi 1 milyard 16,5 mln. manat təşkil edib.
İnvestisiya şirkətinin bu dövrdə bağladığı əqdlərin sayı 459-dən 453-ə enib. Əqdlərinin orta dəyəri isə son bir ildə 2,54 milyon manatdan 2,07 milyon manata enib.
Qeyd edək ki, investisiya şirkətinin birja əməliyyatlarının 750,6 mln. manatı repo, 66,7 mln. manatı dövlət qiymətli kağızlarının, 93,2 mln. manatı Mərkəzi Bankın notlarının, 23,7 mln. manatı korporativ istiqrazların və 4,15 mln. manatı isə səhmlərin payına düşüb.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay