"Amazon"dan "Anthropic"ə daha 4 milyard dollarlıq sərmayə
ABŞ-ın e-ticarət nəhəngi "Amazon", süni intellekt sahəsində fəaliyyət göstərən "Anthropic" şirkətinə əlavə 4 milyard dollar sərmayə yatıracağını açıqlayıb.
Valyuta.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bu yeni maliyyə dəstəyi ilə "Amazon"un "Anthropic"ə etdiyi ümumi sərmayə məbləği 8 milyard dollara çatıb.
"Amazon" tərəfindən yayımlanan açıqlamada, şirkətin "Anthropic" ilə strateji əməkdaşlığını daha da dərinləşdirdiyi vurğulanıb.
Məlumatda qeyd edilib ki, "Anthropic"in əsas bulud xidmət təminatçısı "Amazon Web Services" ("AWS") olacaq və şirkətin əsas təlim tərəfdaşı funksiyasını da daşıyacaq. Gələcək əsas süni intellekt modellərinin təlimi və tətbiqi üçün "AWS Trainium" və "Inferentia" çiplərindən istifadə ediləcəyi bildirilib.
Qeyd edək ki, "Amazon" 2023-cü ilin sentyabrında keçmiş "OpenAI" rəhbərləri tərəfindən qurulan süni intellekt startapı "Anthropic"ə ilk olaraq 1,25 milyard dollar sərmayə yatırmışdı. Daha sonra mart ayında əlavə 2,75 milyard dollar sərmayə ilə ümumi sərmayəsini 4 milyard dollara yüksəltmişdi.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay