"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə investisiya fəaliyyəti ilə məşğul olmağa icazə verilib.
Valyuta.Az xəbər verir ki, Nazirlər Kabineti “Poçt rabitəsinin milli operatorunun qəbul etdiyi poçt əmanətlərinin və poçt hesablarının qalıq vəsaitlərinin idarə edilməsi üzrə İnvestisiya Strategiyası”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qəraraə əsasən, poçt rabitəsinin milli operatorunun investisiya portfelini idarə etməsinin məqsədi nəzarətedici qurumun müəyyən etdiyi tələbləri təmin edilmək şərtilə investisiya gəlirinin əldə edilməsidir.
Milli operator investisiya portfelini prioritetlik nəzərə alınmaqla təhlükəsizlik, likvidlik və gəlirlilik prinsipləri əsasında idarə etməlidir.
Milli operator investisiya portfelinin idarə edilməsində aktiv-passiv yanaşmasını tətbiq edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay