BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
9415

Qala divarı üzərində yenidən “Şuşa” yazısı yerləşdirildi

Prezident İlham Əliyevin göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycanın xüsusi tarixi, mədəni və strateji əhəmiyyətə malik olan şəhəri – Şuşanın bərpası və yenidənqurulması, şəhərə yenidən həyatın qaytarılması və onun gələcək inkişafının təmin edilməsi məqsədilə zəruri planlaşdırma və layihələndirmə işlərinə başlanılıb.

Komitədən Valyuta.az-a daxil olan məlumata görə, qurum ilin əvvəlindən aidiyyəti qurumlarla, yerli və xarici ekspertlərlə əməkdaşlıq edərək təşkil etdiyi önəmli layihələrdən biri Şuşanın Qala divarlarının bərpası və konservasiyası layihəsidir.

Bu layihənin birinci mərhələsi – Şuşanın XVIII əsr ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan Gəncə qapısının konservasiyası və Qala divarlarının işğal nəticəsində dağılmış və əhəmiyyətli dərəcədə zədələnmiş, Gəncə qapısının ətrafındakı hissəsinin bərpası və konservasiyası uğurla başa çatdırılıb.

Şuşanın Qala divarlarının və Gəncə qapısının bərpası layihəsinə Komitə tərəfindən məsləhətçi qismində Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan "Atelier Erich Pummer GmbH" şirkətinin rəhbəri Erix Pumer cəlb edilib. Bu şirkət 2010-cu ildən etibarən Azərbaycanda Qız Qalası, Məhəmməd Məscidi və bir sıra digər dünya və ölkə əhəmiyyətli abidələrin bərpa və konservasiyasını həyata keçirib

Bərpa və konservasiya layihəsi bu sahədə ixtisaslaşmış yerli “Conco” (Konko) QSC tərəfindən həyata keçirilir. Görülən işlər abidənin arxiv materiallarına uyğun olaraq orijinal görünüşünün bərpa olunması üçün müvafiq texnologiyalar və materiallardan istifadə olunaraq aparılıb.  Layihənin növbəti mərhələsinə hazırlıq işləri çərçivəsində müasir texnologiyalardan istifadə edilərək Şuşa Qala divarlarının üçölçülü (3D) modelinin yaradılması üçün lazer skaner cihazı ilə çəkilişlər və müayinə aparılıb. Hazırlanan bu model layihələndirmə və bərpa prosesinin daha səmərəli və yüksək dəqiqliklə aparılmasına imkan verir.

Bərpa işlərinin başa çatmış birinci mərhələsində Qala divarlarının və yüksək memarlıq xüsusiyyətləri ilə seçilən Gəncə qapısının daşları son illər ərzində tətbiq edilmiş yad sement-qum tərkibli suvaq qatından təmizlənmiş, beynəlxalq konservasiya standartlarına uyğun olaraq daşların tikişlər əhəng-qum məhlulu ilə doldurulub. 

Qapının xarici tağının yuxarı səmti, həmçinin, Qala divarlarının dörd zədələnmiş hissəsi, kontrforsun dağıdılmış tərəfi, Qala divarlarının fasad hissəsində müdafiə məqsədilə tüfəng atəşi üçün nəzərdə tutulmuş 9 mazğal bərpa edilib. Eyni zamanda, Qala divarlarının gözətçi qülləsinin altındakı zirzəminin divarları və köməkçi otağı da sement-qum suvağından təmizlənərək əhəng-qum məhlulu ilə doldurulub, iki gözətçi qülləsi arasındakı divarın bütün perimetri üzrə yuxarı ətəyinə eyni səviyyə verilib və divar üzərində yad yazılar təmizlənib. Tarixi abidənin xarici və daxili həyətlərində mövcud olan yad metal elementlər də demontaj edilib, əsgər yolunun bir hissəsi təmizlənərək bərpa olunub.

Bununla yanaşı, Şuşa şəhərinin Qala divarları üzərində vaxtilə mövcud olmuş, lakin Ermənistan Silahlı qüvvələri tərəfindən işğal dövründə sökülmüş məşhur “Şuşa” yazısı da yenidən bərpa edilib. Bu məqsədlə Komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yüngül metal konstruksiya əsaslı və Qala divarlarına hər hansı təhlükə və xələl gətirməmək şərtilə layihələndirilmiş və alüminiumdan istehsal olunmuş "Şuşa" yazısı tarixi yerində quraşdırılıb.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib (FOTO)

ASK öz törəmə şirkətini məhkəməyə verdi

ASK öz törəmə şirkətini məhkəməyə verdi

Vergi ödəyicilərinin nəzərinə  (VİDEO)

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin ®

Qazaxıstan 600-dən çox neft quyusunun işini dayandırıb - Səbəb?

“Bank Avrasiya” ötən günləri qaytara bilmir, mənfəətdə milyonluq azalma

Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də! ®

WhatsApp-a çat filtrləri əlavə edilib

AQTA sədri: Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndəgedən ölkələrdən biridir

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxardı

Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

"Bank of Baku" məhkəməyə verildi (SƏBƏB)

Xaricdən alınan nəqliyyat vasitələrinin dəyərində 140 milyon dollarlıq azalma olub

Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edəcək

Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar

Sabah Bakıda 27, bölgələrdə 30 dərəcə isti olacaq

Motosikl və elektrik mühərrikli velosipedlər üçün idxal gömrük rüsumu müəyyənləşdi

Rəhbərlərin hansı səhvləri işçilərin şirkəti tərk etməsinə səbəb ola bilər?

"Prius"larda şok ucuzlaşma - Bir ay fərqlə qiymətlər

Bu 2 şirkət xaricdə işə düzəltmək adı ilə vətəndaşların pulunu ələ keçirib

Aprelin 21-də 46 mindən çox şagird buraxılış imtahanı verəcək

“Expressbank” 3 ayda 25 milyon depozit itirib, mənfəəti azalıb

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb

Prezident yeni nazir müavini təyin etdi

Prezident yeni nazir müavini təyin etdi

Mərkəzi Bank “PSG-Kapital”ın vəzifəli şəxsini cərimə edib

Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Keçid balları qaldırılır? (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin