16.03.2021 / 13:30
Satmaq öhdəliyi ilə kirayə verilən mənzillərin sayı AÇIQLANIB
9201
Satmaq öhdəliyi ilə kirayəyə mənzil verilməsi mexanizmi çərçivəsində bu ilin əvvəlindən martın 16-dək İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 238 mənzil rəsmiləşdirilib və vətəndaşlara verilib.
Valyuta.az xəbər verir ki, bunu Trend-ə Fondun mətbuat katibi Yeganə Ramazanova deyib.
Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanda karantin rejiminə baxmayaraq, layihəyə kifayət qədər maraq olub və vətəndaşlara 413 mənzil təhvil verilib.
"Fondun balansına mərhələli şəkildə daxil olmuş mənzillərin sayı 1 405-ə bərabərdir. Artıq onlardan 651-i vətəndaşlara verilib" – deyə Y.Ramazanova qeyd edib.
O əlavə edib ki, İKZF satmaq öhdəliyi ilə kirayəyə mənzil üçün vətəndaşların müraciətlərini 2020-ci ilin martından qəbul etməyə başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay