BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
8881

Azərbaycanda  əhalidə sənədləşdirmə işinə qarşı qəribə bir laqeydlik həmişə olub. Nə zamansa işimiz çətinə düşüb, dalana dirənməyənə qədər hansısa vacib bir sənədləşmənin aparılmasında, ödənişin edilməsinə öncədən  könüllü olaraq maraq  göstərmirik. Söz yox ki, istisna təşkil edən insanlar var. Bu yəqin ki, Sovet dönəminin insanlara verdiyi arxayınlıqdan irəli gəlirdi, çünki bütün bürokratik addımları dövlət özü həll edirdi, bu bir məcburiyyət idi.  Kənd yerlərində hər hansı daşınmaz əmlakı tikmək, sənədləşdirmək problem təşkil etmir, söhbət Bakıdan  gedəndə həll olunması çətin olan problemlərlə üz- üzə qalırıq.  Çünki, bir daşınmaz  əmlakın bir neçə sahibi ola bilir və ya əksinə, insanın illərlə yaşamış olduğu evə sahiblik hüququnu sübut edən sənədin olmaması halı da. Bu dəfə laqeydlik səbəbindən yox, bu sənədi almaq üçün konkret bir mərkəzin olmaması, tərtib edilən qanunlarda boşluqlara yol verilməsi, süründürməçilik, bu sənədin alınması üçün müəyyən qurumlara verilməli olan külli miqdarda rüşvət üzündən. 

Necə olur ki, sənədsiz evlərdə, hətta gecəqondularda belə yaşayanlar bütün kommunalr xərclərini ödəyir, suyun, qazın, elektrikin sayğacı olur, amma bu xidmətlərin gəldiyi evin sənədi, adı, ünvanı olmur? Nəzərə alınsa ki, sənədsiz evlərin sayı yüzminlərlədir, onların sənədləşdirilməsi ilə dövlət büdcəsinə böyük məbləğdə daxilolmalar baş verəcək, həm də ev sahiblərinin  narahatlığına son qoyulacaq.

Valyuta.Az Hit.Az-a istinadla iqtisadçı Eldəniz Əmirovla əmlak və torpaq vergisi barədə söhbəti təqdim edir.

“Əmlak və torpaq vergisilə bağlı təzadlı fikirlər, fərqli regionlarda fərqli mənzərələr yaradır. Əslində isə bu məsələ qanunvericilikdə aydın şəkildə təsbit edilib və heç bir qaranlıq məqam yoxdur. Yeganə fərq əmlakın və torpağın yerləşdiyi coğrafiyadan asılı olaraq vergiyə cəlb edilmə məbləğləri arasındakı fərqdir. Başqa sözlə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin hər kvadratmetrinə görə ödənilməli olan məbləğ fərqlənir. Bu məqsədlə Respublika ərazisi 4 kateqoriyaya bölünmüşdür. Birinci kateqoriyada olan Bakı üçün bu məbləğ 0,4 manat, ikinci kateqoriyada olan Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üçün bu 0,3 manat, üçüncü kateqoriyada olan digər şəhərlər və rayon mərkəzləri üçün bu 0,2 manat, 4-cü kateqoriyada olan digər qəsəbələr və kəndlər üçün bu 0,1 manatdır. Bundan əlavə olaraq daha bir məqamı qeyd edim ki, yaşayış binası Bakı şəhəri ərazisində yerləşdikdə, bu qeyd edilən dərəcəyə aidiyyatı icra hakimiyyəti orqanı müəyyən əmsallar tətbiq edə bilər. Amma bir şərtlə ki, bu əmsalın sərhədləri 0,7-dən aşağı və 1,5-dən yuxarı olmamalıdır. 

Daha vacib bir məsələni vurğulayım ki, respublikanın hansı koordinatlarında yerləşməsindən asılı olmayaraq, yaşayış sahələrinə aid olan ilk 30 kvadrat metr sahə bu vergidən azaddır. Məsələn, Sumqayıt şəhərində 100 kvadrat metrlik yaşayış sahəsinə malik əmlakdan onun 30 kvadrat metri çıxıldıqdan sonra yerdə qalan 70 kv.m. üçün 0.3 manatdan olmaqla 21 manat vergi öhdəliyi yaranır. Bütün bunlar qanunvericilikdə qeyd edilsə də, prosesin özünün icrası zamanı yenə də problemlər yaşanmaqdadır. Çünki, əğər əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi mülkiyyəti təsdiq edən sənədi yoxdursa, o zaman həmin mülkiyyətə əmlak vergisi tətbiq edilməməlidir. Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün şamil olunur. Yəni, əğər evin “kupça”sı yoxdursa onun üçün əmlak vergisi nəzərdə tutulmayıb. Təəssüf ki, məsələnin bu tərəfi yerlərdə nəzərə alınmır”,- deyən ekspert  əlavə edir ki, əksər bələdiyyələrdə vətəndaşın qapısı döyülərək, əmlak vergisi tələb olunur:

“Ən qəribəsi də odur ki, vətəndaşın özünə sual verib evinin sahəsini soruşurlar. Bəzisi sahəni aşağı deyir, bəzisi mübahisə edib ödənişdən imtina edir, bəzisi isə qeyri-real vergi məbləği ilə razılaşır. Amma əslində vətəndaşa buna görə öncədən bildirişlər təqdim edilməlidir. Bu bildirişlərdə cari il üzrə borc, köhnə borc, ümumi ödənilməli məbləğ kimi bütün detallar aydın göstərilməlidir. Belə bildirişlər həyət evlərinin üstünlük təşkil etdiyi əksər ərazilərdə vətəndaşa təqdim edilmir. Bunun da bir çox səbəbləri var. Ən başlıca səbəb isə həmin ərazilərdə sənədsiz evlərin çoxluğudur. Hazırda Abşeronda 500 mindən çox sənədsiz ev var. Bu problem təkcə vergi sahəsində deyil, eyni zamanda daşınmaz əmlakın sığortalanması sahəsində də ortaya ciddi problemlər çıxarır. Buna görə də qısa vaxtda bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac vardır. Düzdür, 2015-ci ildə bu problemin həllinə dair fərman imzalandı. Ötən il isə Cənab Prezident İlham Əliyev müvafiq qurumlara yenidən tapşırıqlar verdi. Bu dəfə də virus epidemiyası və ardından müharibə bu mövzunu gündəmdən çıxardı. Lakin bu problem təcili həll tələb edən problemlər katiqoriyasındandır. Təsəvvvür edin ki, hər evdə 4-5 ailə üzvünün yaşadığını və 500 min sənədsiz evin olduğunu nəzərə alsaq, aydın olur ki, Azərbaycanda 2,5 milyona yaxın insanın yaşadığı evdə qeydiyyat olmaması bir yana, ömrünü keçirdiyi bu ünvanın hüquqi təsdiqi yoxdur. Buna görə də ümid edirəm ki, aidiyyatı qurumlar bu problemin həlli üçün daha ciddi addımlar atacaqlar”.

Eldəniz Əmirov mülkiyyəti təsdiq edən sənədin olmadığı hallarda sənədsiz həyətyanı sahələrin vergiyə cəlb olunması barədə  də danışıb.

Sənədsiz həyətyanı sahələrin vergiyə cəlb edilməsi yaşayış sahələri olan əmlakın vergiyə cəlb edilməsindən bilavasitə fərqlidir. Mövcud qanunvericiliyə görə, fiziki şəxslərin Respublika ərazisində olan mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Başqa sözlə, bir şəxsin torpağının mülkiyyəti təsdiq edən sənədi olmasa belə, əgər həmin torpaq onun istifadəsindədirsə, torpaq vergisi ödənilməlidir. Torpaqla bağlı olan vergi dərəcələri isə Vergi Məcəlləsinin 206-cı maddəsində aydın şəkildə təsbit edilib”,- deyə iqtisadçı bildirib.

İlhamə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin