BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7864
  • RUB
    1.6079
  • TRY
    0.0487
  • GBP
    2.1703
61381

"Ümid edirəm ki, 2025-ci il ölkəmizdə böyük islahatlar ili olacaq və bu islahatlar çərçivəsində həm də dövlət hakimiyyətinin həyata keçirilməsindəki ifrat mərkəzləşmə müəyyən mənada aradan qaldırılacaq".

Valyuta.az xəbər verir ki, bunu parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Şəhərsalma və Arxitektura Komitəsi yalnız şəhərlərin, qəsəbələrin baş planlarını təsdiq etməlidir, tikintiyə icazəni isə yerli dövlət hakimiyyəti orqanları verməlidir: “Bakıda güclü yağış yağanda Binəqədi, Suraxanı və Sabunçu rayonlarında çoxunun sənədləri olmayan birmərtəbəli evlər su ilə doldular və insanlar nə qədər böyük əziyyət çəkdilər, məhrumiyyətlərlə üz-üzə qaldılar: “Bir rəqəmi diqqətinizə çatdırım ki, bu il ötən illə müqayisədə ölkədə mənzil tikintisi 36,5 faiz azalıb. Tikinti şirkətləri müraciət edirlər ki, tikintiyə icazə almaq xeyli dərəcədə müşkül bir məsələyə çevrilib. Ona görə də bu zərurətdən çıxış edərək mən bunu söyləyirəm. Xatırlayırsınızsa büdcə müzakirələri zamanı da çıxışımda söylədim ki, Bakıda, o cümlədən mənim seçildiyim Xətai rayonunun ərazisində bir çox binaların zirzəmiləri su ilə dolub. Bu barədə müvafiq dövlət orqanlarına da rəsmi müraciət eləmişəm. Amma təəssüf ki, problemi aradan qaldırmaq mümkün deyil, həmin binaların həyətlərinin abadlaşdırılmasına ciddi ehtiyac var. Həmin 5 və 9 mərtəbəli əksər binalara giriş qapıları yoxdur və insanlar bundan da narahatlıq keçirirlər. Hesab edirəm ki, həmin binaların da tikinti şirkətlərinə verilməsinə böyük ehtiyac var ki, 5 və 9 mərtəbəli binalar tikilsin. Şəhərsalma və Arxitektura Komitəsinin sədri də dünən mətbuata verdiyi açıqlamada qeyd edib ki, hazırda Bakı şəhərində 200-ə qədər qəzalı bina var. Yəni bu binaların da qısa müddətdə sökülüb, yerində müasir binaların tikilməsi üçün addımlar atılmalıdır. Müəyyən işlər görülür və görülən işlərin üzərinə kölgə salmaq fikrindən çox uzağam. Amma bu işlər həddindən artıq ləng görülür. Sahibkarlar bəzən illərlə gözləməli olurlar ki, onların müraciətlərinə hansısa formada cavab veriləcək, ya yox”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Böyük Britaniya iqtisadiyyatı kiçilməyə davam edir

"Broadcom"un süni intellekt strategiyası: Trilyon dollarlıq uğur - "Reuters"

Azərbaycan əmək bazarında qeyri-bərabərlik - Dünya Bankının statistikası nə deyir?

Naxçıvanın Təhsil Nazirliyi bu şirkətdən 1,2 milyonluq avadanlıq alır

Qlobal bazarda elektrikli avtomobil satışları rekord qırdı - RƏQƏMLƏR

"VMF Company" üçün 25 minlik cərimə təhlükəsi

Eyni adama məxsus 3 və 5 milyonluq şirkətlər birləşir

2024-cü ilin ən yaxşı 10 oyunu

Azərbaycanda informasiya və rabitə sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

"QOLDSİT OFİS MEBELİ" cərimələnə bilər

Kapital Bank-da “Tech Guild Kick-Off”: Texniki təcrübələrin paylaşılması üçün yeni platformanın açılışı baş tutdu®

Azərbaycan İranda konsulluq fəaliyyətini bərpa edir

“Capital Partners”in biznes itkiləri 227 milyon manata yaxınlaşıb

“Capital Partners”in biznes itkiləri 227 milyon manata yaxınlaşıb

"Atəşgah" Sığorta məhkəməyə verilib

Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib

Zibili yerə atanlar 7 min manatadək cərimələnəcək

İxracdan əldə olunan 70 milyon dolların ölkəyə qaytarılması təmin edilib

Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir, yeni marşrut xətti istifadəyə verilir

Tədiyyə balansında 181 milyonluq profisit - Bu nəyə xeyirdir?

Daşaltı ilə bağlı 3,8 milyonluq layihə - Turizm infrastrukturu yaradılır

AÇG-dən ümumi hasilat 600 milyon tona çatdı

Azərbaycanda bu şəxslər əsgərliyə çağırılmayacaq

“Azexport” və “Tradexter Global” Azərbaycan mallarını Türkiyə bazarlarına çıxaracaq

Satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalanan ailələrin sayı 6000-i keçib

TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib®

ABŞ-da İlon Maskın şirkəti ilə bağlı araşdırma başladı

ABŞ-da İlon Maskın şirkəti ilə bağlı araşdırma başladı

Türkiyə vətəndaşı Azərbaycanda yarım milyon sərmayə ilə yeni şirkət yaradıb

Deputat: Tikintiyə icazə almaq xeyli dərəcədə müşkül məsələyə çevrilib

BMT-nin Əhali Fondunun 16 Günlük Fəallıq Kampaniyası: "Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin