BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7864
  • RUB
    1.6079
  • TRY
    0.0487
  • GBP
    2.1703
61378

Son vaxtlar Azərbaycanda əmlak bazarında diqqətçəkən dəyişikliklər müşahidə olunur. Yeni tikilən həyət evlərinin qiymətləri nəzərəçarpacaq dərəcədə (20 %) aşağı düşüb. Səbəb sənəd çatışmazlığıdır: çıxarışı (kupça) olmayan evlər qaz, işıq və su kimi əsas kommunal xidmətlərin təminatında ciddi çətinliklərlə üzləşir. Bu da insanları sənədli mənzillərə, xüsusilə çoxmənzilli binalara üstünlük verməyə vadar edir.

Valyuta.az xəbər verir ki, “Report” əmlak bazarındakı bu dəyişikliklərin səbəblərini və gələcək perspektivlərini araşdırıb.

Sənədsiz evlərin qiymətinin düşməsinin səbəbləri

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, əmlak bazarı üzrə ekspert Vüqar Oruc bildirib ki, 2023-cü ildə qəbul edilən "Elektroenergetika haqqında" qanun sənədsiz olan yeni tikililərə kommunal xidmətlərin göstərilməsini qadağan edib: “Bu cür evlərdə su, qaz və elektrik enerjisi təmin edilmir. Bu da həmin obyektləri yaşayış üçün əlverişsiz edir”.

Söhbət kommunal şəbəkələrinə qoşulacaq sənədsiz tikililərdən gedir. Buna baxmayaraq, ekspertin sözlərinə görə, ümumiyytələ sənədsiz evlərin qiymətləri gələcəkdə daha da aşağı düşəcək, çünki bu obyektlərin hüquqi təminatı yoxdur. “Alıcılar üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilən çıxarışla təmin olunmuş əmlak daha cəlbedicidir, çünki yalnız bu sənədlər əmlak üzərində hüquqi təminatı təmin edir. Bu səbəbdən vətəndaşlar bu məsələyə ciddi yanaşmalıdırlar”.

Elektron əmlak

Mövcud problemləri həll etmək və əmlak bazarını daha şəffaf etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyi Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemini istifadəyə verməyə hazırlaşır. Bu sistem, mülkiyyət hüquqlarının qorunması və əmlak idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə müasir texnologiyalardan istifadə etməklə hazırlanır.

Yeni platforma vətəndaşlara daşınmaz əmlakla bağlı əməliyyatların (alqı-satqı, icarə, mülkiyyətin qeydiyyatı) daha rahat və şəffaf şəkildə həyata keçirilməsini təmin edəcək. Əmlak idarəetmə sistemi vasitəsilə vətəndaşlar daşınmaz əmlaklarına dair bütün hüquqi sənədləri elektron formada əldə edə və idarə edə biləcəklər. Bu isə mülkiyyətin hüquqi statusunun dəqiq müəyyənləşdirilməsi və alqı-satqı proseslərinin sürətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Sistem daxilində elektron reyestr, mülkiyyət qeydiyyat modulu, əmlakın hüquqi vəziyyəti barədə məlumatların axtarışı, əmlak sahibləri üçün fərdi kabinet və onlayn ödəniş kimi xidmətlər təqdim ediləcək. Bundan əlavə, sistemdə məlumatların təhlükəsizliyi və məxfiliyi təmin ediləcək, bütün əməliyyatlar blokçeyn texnologiyası ilə qorunacaq.

“Bürokratik maneələrin azalması ilə əmlak bazarının inkişafı daha da sürətlənəcək”, - deyə ekspert vurğulayıb. Eyni zamanda, dövlətin vergitutma və əmlak idarəçiliyi sahəsində gəlirlərinin artması gözlənilir.

Əmlak bazarında qiymət artımı

V. Oruc bildirir ki, 2024-cü ilin sonuna sənədli obyektlərin qiymətlərində 13-15 % artım gözlənilir. İnşaat materiallarının bahalaşması və işçi qüvvəsinin qiymətinin yüksəlməsi bu artımı sürətləndirən əsas amillərdir.

Bundan əlavə, gələn il yeni inşa ediləcək çoxmənzilli binalarda və yaşayış komplekslərində qiymət artımı 15-17 %, təkrar mənzil bazarında isə 10-13 % artım proqnozlaşdırılır. Xüsusilə Bakı şəhərinin mərkəzi rayonlarında (Nərimanov, Səbail, Nəsimi və Xətai) bu proses daha sürətli olacaq.

Adətən sənədsiz evlərin qiyməti sənədli evlərə nisbətən 10-15 % daha ucuzdu. Lakin, mütəxəssislərin fikrincə, gələcəkdə sənədsiz evlərə olan tələbatın kəskin şəkildə azalması gözlənilir.

"İşğaldan azad olunmuş ərazilərdə isə daşınmaz əmlaka maraq artacaq. Bərpa işlərinin sürətli davamı və turizmin inkişafı bu bölgələrdə əmlak bazarının dirçəlməsinə yol açacaq”, - deyə ekspert əlavə edib.

V. Orucun sözlərinə görə, Azərbaycanda sənədsiz evlərin sayı 1 milyona yaxındır: "Bakıda və Abşeron rayonunda 500 minədək çıxarışsız ev mövcuddur. Qalanı isə bölgələrin payına düşür. Bu rəqəmlər ölkədə əmlak bazarının geniş həcmdə qeyri-rəsmi sahələri əhatə etdiyini göstərir".

Xarici təcrübə

Xarici təcrübə göstərir ki, sənədsiz evlərin leqallaşdırılması əmlak bazarının inkişafını sürətləndirir və dövlət büdcəsinə əlavə gəlirlər gətirir. Bu cür islahatlar bazarın şəffaflığını artırır, vətəndaşlara hüquqi təminatlar verir və dövlətin vergi bazasını genişləndirir. Türkiyə və Gürcüstan qonşu ölkələr olaraq bu sahədə uğurlu islahat nümunələri təqdim edir və onların təcrübəsi əmlak bazarının inkişafında diqqətəlayiq rol oynayır.

Məsələn, Türkiyədə 2018-ci ildə qəbul edilən “İmar Barışı” qanunu ilə 31 dekabr 2017-ci il tarixinədək inşa olunmuş sənədsiz tikililər rəsmi çıxarışlar (“Yapı Kayıt Belgesi”) alaraq leqallaşdırılıb. Bu proqram çərçivəsində 7 milyondan çox sənədsiz ev rəsmi qeydiyyata düşüb və kommunal xidmətlərə çıxış əldə edib. Bunun nəticəsində dövlət büdcəsinə vergi daxilolmaları artıb, vətəndaşlar hüquqi təhlükəsizlik əldə edib, əmlak bazarında şəffaflıq təmin olunub.

Gürcüstanın təcrübəsi də diqqətəlayiqdir. 2024-cü ilin yanvarın 1-dən tətbiq olunan tikinti amnistiyası fərdi torpaq sahələrində yerləşən qanunsuz tikililəri leqallaşdırmağı hədəfləyir. Bu islahat təxminən 1 milyon nəfəri əhatə edir və minlərlə evi rəsmi qeydiyyata alaraq bir sıra imkanları təmin edib. Belə ki, əmlak sahibləri kommunal xidmətlərdən istifadə hüququ qazanıb, hüquqi münasibətlər möhkəmlənib, əmlak bazarı daha sistemli hala gətirilib.

Hər iki ölkənin təcrübəsi göstərir ki, əmlak bazarında qanunsuz tikililərin leqallaşdırılması həm iqtisadi, həm də sosial baxımdan müsbət nəticələrə gətirib çıxarır. Bu uğurlar Azərbaycanda da əmlak bazarının inkişafı üçün faydalı təcrübə ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2024-cü ilin ən yaxşı 10 oyunu

Azərbaycanda informasiya və rabitə sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

"QOLDSİT OFİS MEBELİ" cərimələnə bilər

Kapital Bank-da “Tech Guild Kick-Off”: Texniki təcrübələrin paylaşılması üçün yeni platformanın açılışı baş tutdu®

Azərbaycan İranda konsulluq fəaliyyətini bərpa edir

“Capital Partners”in biznes itkiləri 227 milyon manata yaxınlaşıb

“Capital Partners”in biznes itkiləri 227 milyon manata yaxınlaşıb

"Atəşgah" Sığorta məhkəməyə verilib

Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib

Zibili yerə atanlar 7 min manatadək cərimələnəcək

İxracdan əldə olunan 70 milyon dolların ölkəyə qaytarılması təmin edilib

Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir, yeni marşrut xətti istifadəyə verilir

Tədiyyə balansında 181 milyonluq profisit - Bu nəyə xeyirdir?

Daşaltı ilə bağlı 3,8 milyonluq layihə - Turizm infrastrukturu yaradılır

AÇG-dən ümumi hasilat 600 milyon tona çatdı

Azərbaycanda bu şəxslər əsgərliyə çağırılmayacaq

“Azexport” və “Tradexter Global” Azərbaycan mallarını Türkiyə bazarlarına çıxaracaq

Satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalanan ailələrin sayı 6000-i keçib

TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib®

ABŞ-da İlon Maskın şirkəti ilə bağlı araşdırma başladı

ABŞ-da İlon Maskın şirkəti ilə bağlı araşdırma başladı

Türkiyə vətəndaşı Azərbaycanda yarım milyon sərmayə ilə yeni şirkət yaradıb

Deputat: Tikintiyə icazə almaq xeyli dərəcədə müşkül məsələyə çevrilib

BMT-nin Əhali Fondunun 16 Günlük Fəallıq Kampaniyası: "Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək"

Mənzillərin özəlləşdirilməsi qaydası dəyişilir

Azərbaycanın əmlak bazarında yeni mərhələ: Sənədsiz evlərin qiyməti niyə düşür?

Turist axını 17% artıb

“e-rüsum” informasiya sistemi yaradılacaq, dövlət rüsumları "e-bildiriş" əsasında ödəniləcək

Xaricdən bu mixəyin bir kiloqramını 35 manata alırıq - Qiymətlər

Yeni dövlət rüsumları müəyyənləşir

Bu şəxslərin maaşı yeni qayda ilə hesablanacaq - Qanuna dəyişiklik

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin