Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK
"Mənzilləri kirayəyə verərkən kirayə gəliri əldə edən şəxs uçota durmalıdır və gəlir vergisi bəyannaməsi verməlidir".
Valyuta.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı danışarkən bildirib.
"Ancaq biz praktikada nəyi müşahidə edirik? Bu hallar uçota durmaq baxımından onlara çətinlik yaratdığından bir növ həmin gəlirlərin dövlət büdcəsinə ödənilməsində ləngimələrə gətirib çıxarır. Bu baxımdan belə bir şərait yaradılır ki, mənzilləri kirayəyə verən şəxslər öz vergi öhdəliklərini agent şəxslərə həvalə həvalə edə bilsinlər və həmin agentlər bu şəxslərin vergilərini ödəmiş olacaqdır", - Baş İdarə rəisi əlavə edib.
©İqtisadiyyat. Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay