BAKU Azərbaycan
3.03°C
  • USD
    1.7
  • EUR
    1.7517
  • RUB
    1.7594
  • TRY
    0.0472
  • GBP
    2.1013
53305

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) açıqladığı məlumata görə, bu günə qədər 51 022 borcalana 3 milyard 170,738 milyon manat kredit verib. Bundan başqa indiyə qədər 481,066 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 5 272 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İpoteka və Kredit Zəmanət Fondu 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb. 

Mövzu ilə bağlı Valyuta.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, ipoteka kreditlərinin alınmasında şərtlər çətin olsa da, əlçatandır:

"Məsələn, əgər bank vətəndaşa kredit ayırırsa, mütləq şəkildə zəmanəti olmalıdır ki, kredit ayrılan şəxsin aylıq ödənişi vaxtı-vaxtında geri qaytara biləcəyinə əmin olsun. Bu dünyanın hər yerində belədir. İpoteka kreditinin üstün cəhəti isə vətəndaşın istədiyi yerdən ev ala bilməsidir. Lakin digər layihələrdə ancaq təqdim olunan evlərdən almaq olur". 

Ekspertin sözlərinə görə, hər il ipoteka paketinin sayı artır, həcm böyüyür, evlərin qiyməti artdıqca, tələbat çoxaldıqca, ayrılan kreditlərin sayı artır:

"Bundan başqa İKZF vasitəsi ilə deyil, çox saylı tikinti şirkətləri də daxili kreditlə mənzil satırlar, elə fondun özünün kirayə mənzillər layihəsi var ki, bu vasitə ilə minlərlə insan mənzil sahibi olub. Tələb artdıqca, müraciət artdıqca ayrılan vəsaitlərə nəzər yetirilir, pulların həcmini artırırlar". 

İKZF-nin ayırdığı vəsaitin həcmi haqqında da danışan Elnur Fərzəliyev qeyd edib ki, hazırda əmlak bazarındakı bahalaşmanı nəzərə alaraq, kreditin həcmi artırıla bilər:

"Hazırda əmlak bazarının özündə ciddi qiymət artımları baş verir. Təxminən 10 il bundan əvvəl mənzili daha minimum qiymətə almaq olurdusa, hazırda Bakının mərkəz və mərkəzə yaxın ərazilərində ipoteka predmetinə çevrilən evlərdə qiymət artımı çoxdur. Adi ipoteka 150.000 manata, güzəştli ipoteka isə 100.000 manata qədərdir. Təbii ki, 100.000 min manat az pul deyil. Bu qiymətə Sumqayıtda, Xırdalanda, Bakının mərkəzdən uzaq ərazilərində, Gəncə və digər iri şəhərlərimizdə evlər almaq olar. Lakin Bakının mərkəzi üçün bu qiymətlər keçərli deyil. Nəzərə almalıyıq ki, yeni tikili binalarda bir otaqlı, çıxarışlı, təmirli mənzillərin satış qiyməti 130.000-200.000 manat arası dəyişir. Vətəndaş 25 il krediti yalnız 1 otaqlı mənzil üçün ödəmiş olur. Sonrakı illərdə isə ailə tərkibi artıqca otaq sayının artırlması, mənzilin böyüdülməsi isə krediti bağlamayana qədər mümkün olmur. Düzdür 51.000-dən artıq insanın ev sahibi olması çox yaxşıdır, amma düşünürəm ki, gələcəkdə artıq əmlak bazarında baş vermiş qiymət artımını nəzərə alıb kreditin məbləğinin həcmini artırsalar, daha məqsədə uyğun olar. Bu zaman insanlar daha rahat ev ala bilər". 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda bu zavod cərimələndi

"Siemens Energy" sifarişlər portfeli rekord məbləğə çatıb - 131 milyard...

Çinin süni intellekt sirri

Almaniya üzərində duman: Havanın çirklənmə səviyyəsi rekordlar qırır

Vergi borcu olan şirkət tenderin qalibi olub

Qarlı-buzlu havalara avtomobilimizi necə hazırlayaq? – Mütəxəssis rəyi

"Nissan" və "Honda"nın 60 milyardlıq birləşmə planı niyə uğursuz oldu? - Geniş təhlil

Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq genişlənir - Hansı sahələr inkişaf edəcək?

Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq genişlənir - Hansı sahələr inkişaf edəcək?

UEFA Azərbaycanın doqquz klubuna ödəniş edib

Putin və Tramp arasında saat yarımlıq telefon danışığı olub

Satoşi Nakamoto yenidən gündəmdə: 100 milyard dollarlıq "Bitcoin" cüzdanlarına nə olacaq?

Çinlilər indi də Useyn Bolt qədər sürətli qaçan robot hazırladı

İş adamının 50 minlik borcu var

Altman Maska cavab verdi: "...Ona görə narahatam"

Yaponiyanın nəhəng şirkətləri "DeepSeek"dən istifadəni qadağan etdi

ABŞ qrantları ilə Azərbaycanda həyata keçirilən layihələr və məbləğlər

Deputata məxsus olduğu bildirilən şirkətə 800 minlik sifariş

Bu il 5 yeni "iPhone" modeli təqdim ediləcək - Hansı modellər olacaq?

Stiv Cobsun imzalı vizit kartı 75 min dollara satışa çıxarıldı

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? – Siyahı

Bu şirkətin direktor müavini vəzifəsindən ayrıldı

Türkiyəli iş adamının Azərbaycandan çıxışına "stop" qoyuldu

“MilliKart” zərər etdi, nizamnamə kapitalı kəskin azaldıldı

“MilliKart” zərər etdi, nizamnamə kapitalı kəskin azaldıldı

Ləğv edilən qurumun işçiləri 3 aydır maaş ala bilmir - Açıqlama

Bu universitetə yeni rektor əvəzi təyin olundu

Azərbaycanda Heydər Əliyev təqaüdü ilə təhsil alan bu tələbələrin sayı artırılacaq

Sabah bu rayonda qaz olmayacaq

Kəlbəcərdə yeni evlərin tikintisi 139 milyon manata başa gələcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin