BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
53203

Universitetlərin əksəriyyəti tələbələri hələ də yataqxana ilə təmin edə bilmir
Avqust ayının ortalarından başlayaraq tələbələrin təhsil aldıqları şəhərlərdə kirayə ev axtarışı başlayır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, əvvəlki illərdə olduğu kimi, bu il də paytaxta tələbə axını gözlənilir.

Bundan əlavə, 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la bağlı ölkəmizə turist axını da gözlənilir. Onların bir hissəsinin də məhz kirayə evlərdə qalacaqları gözlənilir.  Ekspertlərə görə, sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymətlərində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimum 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır. COP29 zamanı isə hotellər bu qədər turisti qəbul edə bilməyəcəklərinə görə kirayə evlərə ehtiyac yaranacaq. Bu da günlük kirayəyə verilən evlərin qiymətlərinə təsir göstərəcək. 

İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ölkədə universitetlərin böyük əksəriyyəti Bakıda yerləşdiyindən hər il yay aylarında tələbələrin paytaxta kütləvi axını olur ki, bu da əsasən kirayə qiymətlərinin artmasına təsir edir: “Bu tendensiya hər il davam edir və hər dəfə 20 faiz artım müşahidə olunur. Nəzərə alsaq ki, bu il tələbə qəbulunda 10 minə yaxın tələbə artımı var, bu da o deməkdir ki, sentyabrda daha çox tələbə Bakıya gələcək və kirayə qiymətlərinin daha da artmasına səbəb olacaq. O ki qaldı COP29-un kirayə qiymətlərinin artmasına təsir etməsinə, hesab edirəm ki, bu daha çox yeni və bahalı binalarda olan mənzillərin qiymətinə təsir edəcək. Üstəlik, COP29 tədbiri qısa müddətlik olacaq, bu baxımdan əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Söhbət əsasən orta qiymətli mənzillərdən gedir”.

Ekspert tələbələrin yataqxana problemindən də söz açıb: “Çox təəssüf ki, bu gün universitetlərdə yataqxanaların vəziyyəti ürəkaçan deyil. Həmçinin universitetlərin əksəriyyəti tələbələri yataqxana ilə təmin edə bilmir. Hesab edirəm ki, "Böyük Qayıdış" proqramı həyata keçirildikdən sonra ölkəmizdə yataqxanalarda məskunlaşmış köçkünlərimiz öz doğma yurdlarına geri dönəcək və bu məsələ də öz həllini tapa biləcək".

Eyyub Kərimli onu da qeyd edib ki, bəzi ev sahibləri bu dönəmdə vəziyyətdən sui-istifadə edərək, əsassız şəkildə evlərin qiymətini qaldırırlar. “Bu gün Bakı şəhərində böyük tikinti-quruculuq işləri gedir, köhnə mənzillərin çoxu sökülür və bu da kirayə mənzillərin qiymətinə təsir edir. Belə ki, evləri sökülən vətəndaşlar da çox zaman kirayə qalmalı olur və bu da ümumilikdə kirayə mənzil bazarında öz təsirlərini göstərir”, - deyə ekspert qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin