İnşaat və əmlak
01.08.2024 / 14:48
Əmlak Məsələləri Dövlət Xidməti ötən ili 1,4 mln. manat zərərlə başa vurub
52854
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2023-cü ili 1 369 392 manat zərərlə başa vurub.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Ötən il qurumun gəlirləri 86 164 182 manat, xərcləri 87 533 574 manat təşkil edib.
Hesabat dövründə Dövlət Xidmətinin qeyri-birja əməliyyatından gəlirləri 73 839 843 manat, birja əməliyyatından gəlirləri 12 162 310 manat, sair əməliyyat gəlirləri 162 029 manat olub.
Eyni zamanda əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 22 799 049 manat, sərf edilmiş materialların dəyəri 2 406 532 manat, amortizasiya xərcləri 2 054 049 manat, sair əməliyyat xərcləri 60 273 944 manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay