Bakıda kirayə mənzillərin qiyməti azalacaq?
Bu yay ötən illərdən fərqli olaraq kirayə mənzillərin qiyməti ucuzlaşmadı. Əksinə, daha da bahalaşdı. İnsanlar münasib qiymətə kirayə mənzil götürmək üçün yay fəslini gözləsələr də, çox təəssüf ki, bu yay onların gözləntilərini doğrultmadı. Əvvəllər ev axtarışında olan şəxslər 1 və ya 2 otaqlı mənzilləri 350-400 manata tapa bilirdilərsə, bu il bu qiymətə kirayə mənzil tapmaq əlçatmaz olub. Ev axtaran şəxslərin sözlərinə görə, bu il ucuz mənzil tapmaqdan əlavə həm də həmin evlərin qiyməti 50-100 manat artaraq daha da bahalaşıb. Bəs buna səbəb nədir?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Bakı şəhərində kirayə mənzil qiymətlərinin artımına səbəb, bütün iqtisadi, ictimai, sosial fürsətlərin hamısının Bakı şəhərində toplanmasıdır.
“Regionların inkişafı və regionlarda iş yeri, sosial infrastrukturla bağlı böyük problemlər qaldığından insanlar Bakıya axın edir və nəticə etibarilə qiymətlər qalxır. Son zamanlar tikinti sektorunda əvvəlki illərə nisbətən daha az mənzil bazara çıxır. Yəni əhali artır, amma mənzillərin tikinti sürəti əhali artım sürətindən aşağıdadır. Ona görə də yeni ailələr yaranır. Gənc toplum və yeni ailələr yeni mənzillər axtarır. Tələbələr yeni dərs ili başlayanda mənzil axtarırlar və bütün bu tələbin artması təklifin isə artmaması, nəticə etibarilə qiymət artımına səbəb olur. Təəssüf ki, bu bir obyektiv prosesdir. Bu problemin həlli yolları regionların inkişafından, Qarabağa köçün normal və düzgün təşkilindən keçir. Yəni işğaldan azad olunmuş torpaqlarımıza 10 minlərlə insanlar geri köç edə bilsələr, regionlarda iş və sosial həyat düzələrsə, bu zaman Bakı şəhərində mənzillərin qiyməti düşəcək”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay