BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
42716

Hər il olduğu kimi, 2024-cü ildə də daşınmaz əmlak bazarında bahalaşma gözlənilir. Ekspertlər hesab edir ki, hazırda nəinki ucuz qiymətə ev və torpaq sahəsi tapmaq müşkülə çevrilib, hətta çıxarış və təyinat məsələsində də müəyyən problemlərlə üzləşmək qaçılmazdır. 

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Yeni Sabah”a bir sıra məqamlardan söz açıb. Bildirib ki, daşınmaz əmlak bazarında son illər ərzində 30 faiz bahalaşma qeydə alınıb: 

“2020-ci ildən sonra ev və torpaq sahələrinin qiymətində bahalaşma qeydə alınır. İşğaldan azad olunan ərazilərdə aparılan tikinti işləri inşaat malları bazarında müəyyən qiymət artımına səbəb olub. İlk növbədə, isə bu bahalaşma armaturun qiymətində hiss olunmağa başlayır. Tikinti şirkətləri də həmin səbəbdən dolayı qiymətləri artırmağa qərar verib. Digər bir amil isə Rusiya-Ukrayna müharibəsidir. Bu zaman ölkəyə müəyyən qədər axın oldu. Bu da ümumilikdə daşınmaz əmlak bazarına təsir etdi. Orta hesabla son 3 il ərzində 30 faiz bahalaşma müşahidə olunur. Torpaqların da qiymətində artım var. Bunun əsas səbəbi boş ərazilərin məhdud olması ilə bağlıdır. Torpaq sahələrinin satış qiymətinə təsir edən başqa bir səbəb isə zəlzələdir. Ötən il Türkiyədə yaşanan güclü zəlzələ, daha sonra ölkəmizdə qeydə alınan yeraltı təkanlar həyət evləri və torpaq sahələrinə olan tələbatı artırdı. Bu səbəb də qiymət artımına zəmin yaradır”.

Ekspert qeyd edib ki, 2024-cü ildə ən ucuz topraq sahəsinin qiyməti 5 min manatdan başlayır: 

“Torpaq və evlərin qiymətləri əsasən əraziyə görə ucuz, ya da çox baha olur. Şəhərin mərkəzində, yaxınlığında yerləşən ərazilərdəki daşınmaz əmlaklar baha, şəhərətrafı qəsəbə və ərazilərdə olan alqı-satqı obyektləri isə adətən daha münasib qiymətə təklif edilir. Ötən il bir sot torpaq sahəsinin  qiyməti 3-4 min arası dəyişirdi. 2024-cü il üçün ən ucuz torpaq sahəsinin 1 sot üçün olan qiyməti 5 min manatdan yüksəkdir. Bu qiymət isə Abşeron, Zirə, Türkan və s. Bakıətrafı qəsəbələr üçün keçərlidir. Şəhərə yaxınlaşdıqca, təkliflər kəskin azalır, eyni zamanda çıxarışı və təyinatı yaşayış məntəqəsi olan torpaq sahəsi tapmaq müşkülə çevrilir. Çıxarışsız və təyinatı fərqli torpaq sahəsi satın alanlar bu ərazidə ev tikə bilmir. 

Ən baha torpaq sahələri mərkəzdə olan ərazilərdə satışa çıxarılır. Burada alıcılıq qabiliyyəti digər yerlərə nisbətən daha azdır. Belə yerlərdə bir sot torpağın qiyməti 400 min manata qədər yüksəlir”. 

E.Azadov bildirib ki, daşınmaz əmlak bazarında qiymətləri tikinti şirkətləri müəyyən edir: 

“Bu sahədəki qiymətlər əsasən tikinti şirkətləri tərəfindən tənzimlənir. Buna görə də 2024-cü ilin sonuna qədər tikinti şirkətlərinin alqı-satqı obyektlərinə müəyyən qədər təsir edəcəyi gözlənilir. Ümumi olaraq isə həm evlərdə, həm də torpaq sahələrinin qiymətində 10 faiz bahalaşma olacağını demək mümkündür”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

İki şirkət arasında alqı-satqı mübahisəsi

"Körpü Tunel Tikinti" məhkəmə qarşısında

Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub

Məşhur mebel şirkəti gömrük qaydalarını pozub?

Hollandiya Rusiya qazının idxalının artmasından şikayətləndi

İş axtaran zaman diqqət edilməli nüanslar

493 min vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub

Naxçıvanda indiyə qədər sahibkarlar 3 milyon manatdan çox güzəştli kredit alıb

Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq

84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödəniş edilib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Bakının bu küçəsində kirayə qiymətləri 6 min manata çatır

Bankın bağlanmasının müştərilərə təsiri olurmu?

Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin