
Bu evlərə sənəd verilməyəcək! – Ekspert açıqladı
“Bunu əminliklə deyirəm, qadağan olunmuş ərazilərdə tikilən evlərə sənəd verilməyəcək”.
Bunu Valyuta.az-a açıqlamasında əmlak eksperti Elnur Əsədov kommunikasiya xətlərinin ətrafında tikilən evlərin taleyindən danışarkən deyib. Ekspert hesab edir ki, Bakı və ətraf rayonlarda qanunla mühafizə olunan zolaqlar var, hansı ki, orada tikinti işləri aparmağa izacə verilmir:
“Bura aiddir meşə zolaqları, xüsusi mühafizə oluanan təbiət obyektləri, yüksək gərginlikli elektrik xətlərinin, qaz, işıq, su, dəmiryol xətlərinin və vulkanların mühafizə zolaqlarında yerləşən evlər və s. Hər bir kommunikasiya xəttinin özünün normativi var. Yaşayış məntəqələrində dəmir yol xəttinə 60 metrdən yaxın heç bir tikili aparmaq olmaz. Eləcə də qaz və su xəttinə yaxın ərazilərdə tikilən evlər. Ölkədə xeyli sayda bu kimi normativləri pozan qanunsuz tikililər var. Onlar müxtəlif zamanlarda vətəndaşlar tərəfindən tikilib və gələcəkdə amnistiya olunsa və yaxud da sənədləşmə prosesi gedərsə bu kimi qadağan olunmuş ərazilərdə tikilən evlərə sənəd verilməyəcək”.
Həmin evlərin sökülməsinə gəlincə, Elnur Əsədov hesab edir ki, bu məsələ aidiyyatı qurumların nəzarətində olacaq:
“Məsələn, “Keşlə dəmir yol” xəttinə yaxın tikilən evləri zamanla aidiyyatı qurum özü sökdürüb. Həmin evlərin sökülməsi ilə bağlı hökumət ümumi qərar verəcək ya yox, bu barədə nəsə demək çətinidr. Bu hökumətin səlahiyyətində olan məsələdir. Bu evləri hesablayanda ortada böyük bir rəqəm görünür. Düşünmürəm ki, hökumət bunun marağında olacaq. Güman ki, müəyyən vaxta kimi həmin evlərin taleyi aidiyyatı qurumların qərarından asılı olacaq”.
Aylin
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay