"Vətəndaşlar banka yox, daşınmaz əmlaka üstünlük verir" - Ekspert
"Son illər vətəndaşlar əllərində olan vəsaiti banka deyil, daşınmaz əmlaka qoymağa üstünlük verirlər".
Bunu Valyuta.az-a açıqlamasında əmlak eksperti Elnur Əsədov deyib. Ekspert bunun səbəblərini belə izah edib:
“Birincisi odur ki, daşınmaz əmlakdan stabil gəlir əldə olunur, ikincisi, daşınmaz əmlak ilbəil bahalaşır. Son iki il ərzində daşınmaz əmlak qiymətindən asılı olaraq ən azı 20% bahalaşıb. Amma bank faizləri 7-8%-ə kimidir. Bu səbəbdən sərmayəni daşınmaz əmlaka qoymaq daha sərf edir, nəyinki bankda saxlamaq”.
Elnur Əsədov hesab edir ki, bu tendensiya davam edərsə, depozitlərin sayı azalacaq, daşınmaz əmlaka yönələn vəsaitlər daha da çoxalacaq:
“Bu gün ipotekiya edilən müraciətlər çoxalıb. Vətəndaşlar o qədər vəsait yığa bilmirlər. Gəliri olan vətəndaş ipoteka götürür və həmin pula aldığı evi kirayə verir və onunla da xərcini ödəyir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay