BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
28816
Azərbaycanda iyunun 1-dən daşınmaz əmlakın icbari sığortası ilə bağlı yeni sistem fəaliyyətə başlayacaq. Bu sistemə görə, daşınmaz əmlakın icbari sığortası müqavilələri elektron olacaq. İnzibati Xətalar Məcəlləsinə əsasən, sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcək. Cərimə yaşayış sahələrinin icbari sığortalanmamasına da aiddir. 
 
Sözügedən Məcəllə ilə fərdi evlər və mənzillərin sahibləri əsasən fiziki şəxslər olduğu üçün onların da 30 manat cərimələnməsi nəzərdə tutulub. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Əks təqdirdə, bu müddətdən sonra yenidən cərimələnir. Ölkə qanunvericiliyinə görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Bu baxımdan, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası məcburidir.
 
İyunun 1-dən fəaliyyətə başlayaca bu sistem necə işləyəcək? Bu cərimələr necə tətbiq olunacaq? Daşınmaz əmlakın sığortası niyə lazımdır? Qanunsuz evlərin sığortası necə olacaq? 
 
Qaynarinfo bu sualları sığorta bazarı üzrə ekspert İlkin İbrahimovla müzakirə edib.
 
- İlkin bəy, daşınmaz əmlakin icbarı sığortası ilə bağlı qoyulan tələb birmənalı qarşılanmadı. Yüz minlərlə sığorta edilməmiş mənzillər var və onların önəmli hissəsi 1 iyuna qədər evlərini sığortalaya bilməyəcəklər. Doğrudanmı, bir neçə gündən sonra yüz minlərlə əmlak sahibi cərimələnəcək? 
 
- Öncə onu qeyd edim ki, sığortadan yayınan daşınmaz əmlak sahiblərinin cərimələnəcəyi ilə bağlı deyilənlər manipulyasiya xarakteri daşıyır. Yəni cəriməni tətbiq edə biləcək qurumlar susur, sığortadan mənfəət əldə etmək istəyən sığorta şirkətləri, onların işçiləri isə vətəndaşları çaşdırır, onları aldadır və manipulyasiyaya məruz qoyurlar. Həqiqət sadədir. Mövcud olmayan bir məsələni vətəndaşlara "sırımağa” çalışırlar. Çox təəssüflər olsun ki, birinci nəzarətedici qurum olan Mərkəzi Bank buna münasibət bildirmir. Buna münasibət bildirmirsə, bu, çox pis haldır. Yəni, bu "Mərkəzi Bank vəziyyətə nəzarət eləmir” anlamına gəlir. Qanunvericikdə mənzillərin icbari sığorta etməməyə görə cərimələr göstərilibmi? kimi sual yaranır. Digər tərəfdən, bu məsələnin qaranlıq məqamları mövcuddur. Belə proseslər əvvəllərdə müşahidə edilib. Bəli, qanunvericilikdə,dəqiq desək, "İcbari sığortalar haqqında” qanunda daşınmaz əmlakın icbari sığortası 35.2 və 35.35-ci maddə ilə məcburi xarakter daşıyır. Lakin bunun sanksiyası var. Yəni mənzilinizi sığorta etməsəniz, nə olacaq? Qanunda bu açıq göstərilir. İnzibati Xətalar Məcəlləsinin 469.2 maddəsinə görə, fiziki şəxslər, yəni vətəndaşlar əgər sığorta etməsə, 30 manat, vəzifəli şəxslər 80 manat, sahibkarlar sığorta etməsə, 200 manat məbləğində cərimə olunacaqlar. 
 
Bu məsələnin bir tərəfidir. Amma sual yaranır  - bəs bunlara kim nəzarət edir? Hansı orqan həmin daşınmaz əmlakın sığortalandığı ilə bağlı məsələlərlə məşğul olur? Hüquqi şəxslərin, yəni sahibkarların, dükanların və onların sığortasına Fövqəladə Hallar Nazirliyi nəzarət edir  Burada heç bir problem yoxdur. Əgər, sığortalanmırsa, Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsləri yoxlama aparır, bununla bağlı protokol yazırlar və vətəndaşa təqdim edirlər ki, "bu protokoldu buyurun, gedini cərimənizi ödəyin”. Bu məsələnin bir tərəfidir. İndi ikinci tərəfini şərh edək. Sadə vətəndaşları, yəni fiziki şəxslərlə bağlı məsələ necə tənzimlənir? Bu məsələdə nəzarətedici orqan nə Vergilər Nazirliyi, nə Dövlət Əmlak Komitəsi, nə İcbari Sığorta Bürosu, nə də Mərkəzi Bankdır. Bu cərimə protokollarına nəzarəti yerli icra hakimiyyəti orqanları və onların nümayəndəlikləri həyata keçirir. Ancaq bu cərimlərin yazılmasında da bir problem var. Bu problem odur ki, inzibati protokolun nümunəsi mövcud deyil.
 
- İnzibati protokol nə deməkdir? 
 
- Məsələn, siz maşınla gedirsiniz, hansısa qaydanı pozanda polis sizi saxlayır. Sizə deyir ki, biz sizə inzibati xəta haqqında protokol tərtib edirik. Yəni bu o deməkdir ki, sizə protokol rəsmi şəkildə təqdim edilir və siz o sənədi  imzalayırsınız. Müəyyən müddətdən sonra qərar qüvvəyə minir, yalnız rəsmi qərar olaraq cəriməni ödəməlisiniz. Ödəməsəniz, üstünə faiz gəlir. İndi isə daşınmaz əmlakla bağlı cəriməyə baxaq. Axı, biz deyirik ki, orada inzibati protokol yoxdur. Mən mənzilimi sığortalamaq istəmirəm, sığortalamıramsa nə olacaq? Qanun deyir ki, burada siz cərimələnəcəksiniz. Amma faktiki olaraq cərimələnirikmi? Xeyr, cərimələnmirik. Niyə cərimələnmirik? Ona görə ki, inzibati protokolun nümunəsi yoxdur. Nazirlər Kabineti inzibati protokol nümunəsini hazırlamalıdır və o, nümunə hazırlandıqdan sonra həmin yerli icra hakimiyyəti nümayəndəliklərinə göndərməlidirlər ki, vətəndaşlara bununla bağlı protokol tərtib edin. Bu da yoxdur. Yəni nə icra hakimiyyətinin xesusi vəzifəli şəxsləri var ki, bunu konkret həyata keçirsinlər, nə də inzibati potokol nümunəsi var. Ona görə də heç bir formada iyun ayının 1,10, 20 və ya ilin axırına kimi ən azı bu məsələ ilə bağlı heç kəs cərimələnə bilməz. İnsanlar rahat ola bilərlər. Burada heç bir problem yoxdur. Sadəcə olaraq, dediyim kimi, manipulyasiya xarakteri daşıyır. Kimlərsə maddi mənfəət əldə etmək istəyir.
 
- Bəs 1 iyun söhbəti nəyə əsaslanır? Ümumiyyətlə, bu haradan qaynaqlanır?
 
- 1 iyun tarixinin ictimai rəyə sırınmasının səbəbi odur ki, Dövlət Əmlak Məsələləri Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron mübadilə məsələsi yekunlaşıb. Bu o deməkdir ki, dövlət əmlak məsələləri xidmətində qeydiyyatda olan evlər, onların siyahısını artıq elektron şəkildə İcbari Sığorta Bürosu tərəfindən görülür.  Sığorta Bürosu hansı daşınmaz əmlakın sığortalanıb və ya sığortalanmadığını bilir. Yəni bu o deməkdir ki, hər iki qurum inteqrasiya olanda artıq açıq şəkildə görünür ki, hansı əmlak sığorta olunub və ya sığortalanmayıb. Həmin bu elektron xidmətin tam bir biri ilə inteqrasiyası iyun ayının birindən başlayacaq. Bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verilib. Lakin sığortalama məsləsində maraqlı olan şəxslər guya, iyun ayının birindən cərimələr olacağını deyirlər. Amma yenə deyirəm ki, cərimənin tətbiq edilməsi qanunidir. Lakin bu protokol olmadığna, qanunda boşluq olduğuna görə, proses hələ ki, ləngiyir. Hazırkı vaxtda fiziki, yəni vətəndaşlarla, vətəndaşların evləri ilə bağlı məsələ açıq qalır. Cərimə olmaq ehtimalı qanunda olsa da, boşluq olduğuna görə cərimələr olmayacaq. 
 
-  Vətəndaşlara yaxınlaşsalar, onları qorxutmaq üçün "cərimə yazılır” desələr, vətəndaşlar protokol tələb edə bilər? 
 
- Vətəndaşlara heç kim yaxınlaşa bilməz. Sadəcə olaraq, sığorta şirkətlərinin işçiləri və yaxud sığorta agentləri gətirib qapının ağzına kağız vururlar ki, guya qanunvericiliyə görə onlar cərimələnəcəklər. Lakin qanunvericiliyə görə heç kim vətəndaşın qapısını döyüb deyə bilməz ki, "cərimə olunacaqsınız”. Əgər, cərimə olacaqsa, icra hakimiyyəti orqanında cərimələr olacaq. Necə ki, maşınla bağlı xəta törədildikdə, polis qapını döymür, məktubla göndərir həmin sənədi, bu da elə olacaq. 
 
- Deyək ki, bütün bu prosedurlar oldu, hətta protokollar da hazırlandı, lakin ölkədə kifayət qədər sənədsiz evlər var. Bəs bu məsələlər o evlərlə bağlı necə tənzimlənəcək? 
 
- Maraqlı məsələdir. Ölkəmizdə statistika baxımından sənədli evlər, sənədsiz evlərdən daha çoxdur. Amma buna baxmayaraq sənədsiz evlərlə bağlı statistika da böyükdür. Hətta bu evlərin sayının 500 min – 1 milyon arasında olduğu da deyilir. Ona görə də bu məslə ilə də bağlı mütləq qərar verilməlidir. Qərar verilsə də, burada da ayrı seçkilik yaranacaq ki, məsələn, mən qaz pulu ödəyirəm, işıq pulu ödəyirəm, lakin qeydiyyatla bağlı məsələ həll edilməyib. Ona görə də həmin şəxslər cərimə olunmayacaq. Amma mənim sənədim var, qanuni sənədim mövcuddur, evimi sığortalamasam cərimə olunacağam? Hər bir halda bu da ayrı seçkilikdir. Bu qanun 2011-ci ildən qüvvədədir. Lakin bu qanunla fiziki şəxslərə qarşı hələ də bir cərimə yazılmayıb.
 
-  Məsələn, maşın sığortasında belədir ki, qarşı tərəfə ziyan dəyəndə mənim sığortam ödəyir. Tutaq ki, mən qonşunun evinə su buraxmışam. Lakin sığorta qonşunun da ziyanının qarşılamır. Belə olarsa, məsələ necə tənzimlənəcək?
 
- İcbari sığortalar "İcbari Sığortalar haqqında” qanunla tənzimlənir. Biz deyirik ki, avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası. Yəni, siz deiyiniz məsələni şərh edirəm. Mülki məsuliyyət odur ki, qarşı tərəfə, üçüncü şəxslərə dəyən ziyanı sığorta şirkəti ödəyir. Lakin burada sığorta daşınmaz əmlakın icbari sığortasıdır. Yəni, biz özümüzün əmlakımızı sığortalayırıq və bizə dəyən ziyanı sığorta şirkəti qarşılayır. Bu qanunvericiliklə belədir. İndi biz deyirik, qonşuya dəyən ziyanı kim ödəyəcək? Avtonəqliyyatda necədir? Mənim maşınıma dəyən ziyanı kim ödəyəcək? Onda gedib könüllü sığorta elətdirməliyik. Burada da belədir, həm də qonşuya dəyən ziyanı ödəmək istəyirsənsə, könüllü sığortaya müraciət etməlisən. Könüllü sığorta daşınmaz əmlakın mülki məsuliyyətinin sığortasıdır. "Könüllü sığorta” adlı məhsul mövcuddur ki, həmin məhsulla qonşuya dəyən ziyanı da onunla qarşılaya bilərsiniz. 
 
- Bir də bu sığortalama qiymətlərinə də toxunmağınızı istəyirdim. Tutaq ki, Bakıda 50 manat, Gəncədə, Naxçıvanda 40 manat və s. Bu əhalinin regionlarda sırf alıcılıq qabiliyyəti, yaşam standartlarına görə müəyyən edilir? 
 
- Sığorta haqları və sığorta kompensasiyaları, 2011-ci ildə müəyyən olunub. 2011-ci ildə Bakı şəhərində 25000 manata balaca bir otaqlı ev almaq olurdu. Ona görə də həmin dövr üçün minimum tələblər qoydular və müəyyən etdilər ki, 50 manata qarşı 25000 manat, 40 manata qarşı 20000 manat və digər bölgələrdə 30 manata qarşı 15000 manat sığorta kompensasiyasıdır. İndi gəlin hazırkı mənzərəyə baxaq. Əgər bugünkü gün üçün uyğunlaşdırsalar, həmin məbləğ, sığorta kompensasiyası dəfələrlə çox olmalıdır. Bakı şəhərində 50000 manatlıq ev bugünkü gün üçün bir bina evində varmı? Yəqin ki, yoxdur, amma yeni minimum tələbi deyirəm. Yəni 2011-ci ildə 25 min olan təminatı biz indi 50 min manat edirik. İndi necə olacaq? Əgər evlərin qiyməti qalxırsa, artıq sığorta məhsulu 100 manata alınmalıdr. Ona görə sığorta haqları qalxmır, bu haqlar qalxsa, 25000 təminatı 500000 olsa, avtomatik sığorta haqları qalxacaq və narazılıq yaranacaq. Bu narazılıqla bağlı yenə deyirəm, bizim dövlət sosial dövlət olduğuna görə məsələyə həssas yanaşır və olduğu kimi də qalır. Ancaq evin geri qalan məbləği sığortalanmır. Bu zaman qalan məbləğ könüllü sığortalanır. Vətəndaş özü hansısa sığorta şirkəti ilə müqavilə bağlayıb evinin geri qalan məbləğini sığorta edir.
 
- İndi insanlar bu icbari əmlak sığortası ilə bağlı iyunun biri və birindən sonra nə etsinlər? 
 
- Ən əvvəl sığorta cəriməsi barədə düşünməsinlər. Sığortanı gələcək riskin qarşısının alınması üçün edirlər. Əgər riskləri varsa, mütləq sığorta etsinlər. Sığorta həm varlı, həm də kasıb təbəqə üçün əlverişlidir. Varlı təbəqə üçün xüsusi ilə önəmlidir. Hazırda daha çox imkanlı şəxslər sığorta edirlər. Nəyə görə? Ona görə ki, onlar görürlər ki, riski gələcəkdə nə ola bilər və əmlaklarını sığortalayırlar. Çünki heç yoxdansa sığorta şirkətinin verdiyi hansısa bir məbləğ daha yaxşıdır. Ona görə də insanlar bilməlidir ki, sığortanı özləri, öz xeyirləri üçün etməlidir.
 
Günay İlqarqızı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya əleyhinə sanksiyalar nə qədər davam edəcək? - İqtisadçının təxmini

Maliyyə Nazirliyi rusiyalılara 2024-cü ildə qənaətin yollarını öyrədir

Rusiya qazının avropalı alıcıları siyahısında lider dəyişib

İcra hakimiyyətinin tenderində qanun pozuntusu

"Raiffeisen Bank" ECB-nin Rusiya biznesinin azaldılmasını sürətləndirəcək

Gömrük Komitəsi “Bion Medical”a protokol yazdı

70 dezinformasiya mənbəyi - Kreml Ukraynaya yardımı zəiflətmək üçün nə edir?

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Bakı Baş Səhiyyə Mərkəzi" cərimələndi

Enerji böhranı hər bir Almaniya vətəndaşına ildə 2600 avroya başa gəlir

Aİ ABŞ-ı Rusiyanın aktivlərini əlindən almaq istəməsinə görə qınadı

"Kəpəz İnşaat M" məhkəmə qarşısında

“Ingenuity” Marsdan son mesajını göndərdi

“Azəri Med” gömrük qaydalarını pozmaqda ittiham edilir

“Boston Dynamics” Atlas insanabənzər robotlarını təqaüdə göndərir (VİDEO)

Yağlarla bağlı istənilən ekspertizaya getməyə hazıram - Sədrdən açıqlama

UEFA “Barselona” klubunu cərimələyib

Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə protokol yazıldı

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

"AzTrans Car" cərimə edilə bilər – 300 minə yaxın borcu var

Ukrayna müsadirə edilmiş Rusiya aktivlərini hara xərcləmək istəyir?

Gömrük komitəsi daha bir şirkətə protokol yazdı

Balinalarla danışmaq mümkün ola bilər

"Huawei" eyni vaxtda 4 bahalı və güclü "Pura 70" smartfonunu təqdim etdi

AstraZeneca diabet dərmanı ilə bağlı İstintaq Komitəsinə müraciət etdi

“Nurgün Motors”a qarşı iddia

Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub

Fermerlərə verilən güzəştli kreditlərin məbləği artıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin