Generalın “Sahil”in üstündəki binada 5 mənzili var

Redaktor

08.06.2022 13:18
6,567

Generalın “Sahil”in üstündəki binada 5 mənzili var

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, indi həbsdə olan general Mövlam Şıxəliyevin özünün və ailə üzvlərinin Bakının mərkəzində təkcə bir binada beş mənzili var. Söhbət metronun “Sahil” stansiyasının üstündə yerləşən çoxmərtəbəli binadan gedir.

Azadlıq Radiosunun əldə etdiyi məlumata görə, sözügedən binanın 10, 39, 40, 72-ci və daha bir mənzili MTN generalının qızı Samirə Əliyevanın, oğlu Elgün Şıxəliyevin və başqa qohumlarının adına rəsmiləşdirilib.

“Bu mənzillər arasında sahəsi 198 və ya 167 kvadratmetr olanı da var. İkisi 137 kvadratmetrlikdir. Sahəsindən asılı olaraq, mənzillərin qiyməti 650-800 min manat arasındadır”, – məlumatlı mənbə belə bildirib.

Şıxəliyevin Fəvvarələr Meydanında – Nizami küçəsi-78-də yarım milyon manatdan çox dəyəri olan obyekti və elə həmin yerdə evinin olduğu bildirilir: “Bundan başqa, Dövlət Opera və Balet Teatrının yanında yarım milyonluq bir mənzili, Mahnı Teatrının civarında oğlunun adına təxminən 400 min manat qiyməti olan daha bir mənzili var. Bunlar da hamısı deyil. Novxanıda 1.5 milyon dəyəri olan bağ evi, torpaq sahələri, metronun “Nərimanov” stansiyasının yaxınlığında 400 kvadratmetrlik mənzili, “8-ci kilometr”də qiyməti 1 milyonu aşan obyekti var. Hələ bögələrdəki əmlakları, Bakıda nisbətən ucuz qiyməti olan evləri bura daxil deyil”.

MTN işi üzrə prosesə qatılan vəkillərdən biri adının çəkilməməsi şərtilə bildirib ki, Şıxəliyevin işini araşdıran prokurorluq da bu əmlaklardan xəbərdardır. Onun sözlərinə görə, generalın toplam 7 milyon 700 minlik əmlakının üzərinə məhkəmə qərarıyla həbs qoyulub. Onların arasında sadalanan ev və obyektlər də var.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...