BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
21821

Azərbaycanda bağ mövsümünün başlamasına sayılı günlər qalıb.

Bir azdan havaların istiləşməsi insanları şəhər kənarına üz tutmağa, vaxtlarını bağ evlərində keçirməyə sövq edəcək.

Söz yox ki, Bakıda yaşayanların az qisminin - imkanlı təqəbəsinin Abşeronda, dəniz kənarında və yaxud dənizə yaxın ərazilərdə həyət evi var. Bu cür əmlaka sahib olmayanlar isə bir qayda olaraq bağ evlərinin kirayəsi bazarına üz tutur, münasib qiymətə 1 ay da olsa bağda yaşamağa çalışırlar. Bəs kirayə bazarında qiymətlər münasibdirmi? "Report" bu suala cavab tapmaq üçün daşınmaz əmlak bazarı üzrə ekspertlərlə həmsöhbət olub.

"Kirayə bazarında rəqabət güclənib"

Onlardan biri Elnur Azadov hesab edir ki, bu il bağların kirayə qiymətləri ötən illə müqayisədə aşağı olacaq: "Son 2-3 ildə Azərbaycanda bağ evlərinin tikilməsinə xeyli investisiya qoyulub, iş adamları bu sahədə fəallıq göstəriblər. Son nəticədə kirayə bazarı bir ilə təxminən 10% böyüyüb və bazarda rəqabət güclənib. Odur ki, bu il qiymətlərin ötən illə müqayisədə aşağı olacağı gözlənilir".

Onun fikrincə, hazırda torpaq sahəsi alıb, orada bağ evi tikmək sərfəli deyil: "Ən yaxşısı köhnə bağ evini alıb, onu təmir etməkdir. Çünki evin inşası hazırda baha başa gələr. Tikinti materiallarının qiymətləri az 15-20% artıb. Hesab edirəm, yaxın illərdə bu sahəyə yatırım etmək sərfəli olmayacaq".

"Pandemiyanın səngiməsi bağ evlərinə tələbatı azaldıb"

Digər ekspert Elnur Fərzəliyev isə deyir ki, bağ evlərinə tələbatın pik həddi koronavirus (COVID-19) pandemiyasının kəskin vaxtlarında olub, hazırda isə yoluxma ilə bağlı vəziyyət sabitləşdiyindən bağ evlərinə tələbat azalıb: "Qapanmalar olanda, rayonlara gediş-gəliş olmayanda azacıq imkanı olan hər kəs bağ evi kirayə götürürdü. Həmin vaxt da kirayə qiymətləri fantastik dərəcədə artmışdı. İndi isə qiymətlərdə azalma müşahidə edilir, çünki əvvəlki kimi tələbat yoxdur.

Bağ mövsümündə evləri kirayəyə daha çox rieltorlar götürür, daha sonra özləri günlük və yaxud həftəlik kirayə verirlər və qazanc əldə edirlər”.

E.Fərzəliyev bağ evlərinin kirayə qiymətlərinin hansı intervalda dəyişdiyini də açıqlayıb: "Günlük qiymətlər 70 manatdan 500 manata qədər, aylıq qiymətlər isə 500 manatdan 10 000 manata qədər dəyişir. Əvvəllər, hər kəs hamı istəyirdi ki, bağ dənizə yaxın olsun, yaşıllıq olsun. Dənizə də çıxış da var idi. Hazırda isə dənizin ətrafı çox yerdə bağlıdır. Ümumiyyətlə, bağ evlərinin əksəriyyəti hər tərəfi hasar olan evlərdir. Əvvəl nəzərdə tutduğumuz bağ evlərindən söhbət gedə bilməz. Adi həyət evi sayılır. İnsanlar təbiət istəyir, buna görə də daha çox bölgələrə üz tutur. Bu gün bölgələrdə həyət evlərinin kirayə qiymətləri Bakıdakı bağ evlərinin kirayə qiymətlərinə yaxındır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin