BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
21686

Xəbər verildiyi kimi, Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis – kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub. Bəzi ərazilərdə isə bu dəyişikliklərin həyata keçirilməsi üçün bir çox yaşayış binalarının sökülməsi nəzərdə tutulub.

Bəs söküləcək 122 min bina hansılardır? Bu binaların sakinləri harada yerləşdiriləcək? Bu söküntülər kirayə bazarına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, bu qərarda söhbət istismar dövrünü başa vurmuş binalardan gedir:

“Bu, Nazirlər Kabinetinin 2016-cı iləd verdiyi qərarla bağlıdır. Nazirlər Kabineti mərhələli şəkildə köhnə binaları, yəni birmərtəbəli, ümumiyyətlə 5 mərtəbəliyə qədər olan istismar dövrü başa çatmış binaların söküntüsünü və onların yerində yeni binaların inşası nəzərdə tutulur. Bu 2020-2040-cı illəri əhatə edəcək baş planda nəzərdə tutulur. Bu o deməkdir ki, paytaxtda istismar müddəti başa çatan 5 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək. Pilot layihələr çərçivəsində hansı yerdəki binalar tikiləcək, o binaların yerində o əhalini yerləşdirməklə bu iş həyata keçiriləcək”.

Ekspertin sözlərinə görə, pilot layihə çərçivəsində sökülən binaların yerində çoxmənzilli binalar inşa olunacaq.

“Yəni beşmərtəbəli binalar sökülürsə, onun əvəzində 16 mərtəbəli və ya daha hündür mərtəbəli binalar inşa olunacaq. O insanlar sonradan həmin binalarda da yerləşdiriləcək. Yalnız Qaradağda rayonunda hava limanın inşası gələcək illər üçün nəzərdə tutulur və bu, 2040-cı ilə qədər mərhələlərlə həyata keçiriləcək. Birdən birə bu qədər binanın sökülməsi mümkün deyil. Nəzərdə tutulub ki, 2040-cı ilə qədər bu söküntü mərhələli şəkildə həyata keçiriləcək. Bu plandır. Xüsusilə keçmiş sovetlər dövründə inşa olunan “Minsk”, “Xruşovka”, “alman” layihəli iki, üç, beşmərtəbəli binaların, fərdi yaşayış evlərinin söküntüsündən söhbət gedir”.

Ramil Qasımzadənin sözlərinə görə, yeni bina inşa olunan qədər insanlar 2-3 il kirayədə qalmalıdır:

“Yeni bina hər hansı bir sahibkara təklif olunanda ilk növbədə həmin adamlar kirayədə yerləşdirilir. Bir binanın inşası təxminən iki, üç il davam edir. Hansısa ərazidə söküntü aparıldıqda orada yaşayan insanlar kirayəyə köçürülür. Onlar kirayə pulu ilə təmin olunur. Yeni bina inşa olunandan sonra vətəndaşlar qaytarılır öz yerinə. Sonra o tikinti şirkəti başqa bir layinə icra etməyə başlayır. Bakı şəhərində inşaat işləri bu üsulla aparılır. Yəni vətəndaşlar elə yaşadığı yerdə də qalırlar”

Əmlak eksperti qeyd etdi ki, bu işlərlə dövlət yox, sahibkarlar məşğul olur:

“Hansı ki, indiyə qədər pilot layihələr deyilirdi. İndi də şirkətlərə o əraziləri təklif edirlər. Bununla birbaşa dövlət məşğul olmur. Sahibkarlar eskiz layihələri təqdim edirlər, o yerlərə baxış keçirirlər, vətəndaşlarla danışıqlar aparırlar, kirayə məbləğləri müəyyən olunur, vətəndaşların razılıqları əldə olunur. Vətəndaşların razılığı əldə olunduqdan sonra şirkət Bakı Şəhər İcra hakimiyyətinə, Dövlət Şəhərsalma Arxitektura komitəsinə müraciət edir və həmin binanın layihəsi razılaşdırılır. Bina razılaşdırıldıqdan sonra tikintiyə icazə verilir, tikintiyə icazə verildikdən sonra sakinlər başqa bir əraziyə kirayə evlərə köçürülür, ondan sonra bu tikinti işləri başlanılır”.

Ramil Qasımzadə bildirdi ki, bu məsələ kirayə qiymətlərinə təsir etməyəcək:

“Hal hazırda kirayə qiymətləri stabil olaraq qalır. Bu gün Bakı şəhərində 200 manatdan başlayaraq 3 min manata qədər kirayə qiymətləri mövcuddur. Bəzi villalarda hətta daha artıqdır. Amma gələcəkdə bu qiymətlər bazardan asılı olaraq dəyişə bilər. Bu, bazarın tələb və təklifi qarşısında olacaq. Tutaq ki, beşmərtəbəli binada 100 ailə yerləşir. O mənzilin yerinə 700-800 mənzillik bina inşa olunur. İki ilə tikiləndən sonra 100 ailə də yerləşdirilir. Əlavə olaraq 600 mənzil də boş qalır. Orada yerləşdirmək mümkün olur. Yəni bu məsələnin gələcəkdə kirayə qiymətlərinə birbaşa təsiri olmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin