İri tikinti-əmlak şirkəti Çin bankından 1,5 milyardlıq pay satır
Əmlak nəhəngi daha bir ödəniş defoltu ilə üz-üzədir...
Çinin ən çox borcu olan iri tikinti-əmlak şirkəti, öhdəliklərinin həcmi 300 milyard dolları keçən “Evergrande” sürətlə müxtəlif aktivlərini satır.
İndi də şirkət Şenqjinq bankındakı 9,99 milyard yuanlıq (1,5 milyard dollarlıq) payını satacağını açıqlayıb.
“Evergrande” bugün səhər Honq Konq birjasına təqdim etdiyi sənəddə Şenqjinq bankındakı 1,75 milyard ədəd səhmi Çinin dövlət mülkiyyətində olan “Shenyang Shengjing Finance” investisiya şirkətinə hər səhm başına 5,70 yuana satmaq barədə razılaşma imzaladığını bildirib.
Ötən həftə 2 milyard dollarlıq dollar istiqrazları üzrə 83,5 milyonluq faiz ödənişini ödəməyən şirkətin öhdəlikləri bitmək bilmir. Şirkətin bugün də digər istiqrazlar üzrə 47,5 milyon dollar faiz (kupon) ödənişi etməlidir. Bu səbəbdən, aktivlərin iri həcmdə satışı gözlənilən idi.
Avqustun sonunda dərc olunan maliyyə hesabatına görə, “Evergrande”nin il sonuna ödəməli olduğu faiz və kredit ödənişləri 3,8 milyard dollara yaxındır. Oktyabr, noyabr və dekabr aylarında da müvafiq faiz ödənişləri həyata keçirilməlidir.
Şirkət ötən həftə ödəniş vaxtı çatan və ödənməyən 83,5 milyon dollarlıq istiqraz faiz ödənişinə dair heç bir açıqlama verməyib. Doğrudur, istiqraz şərtlərinə görə, “Evergrande” ödəniş günündən etibarən 30 gün ərzində öz öhdəliyini yerinə yetirsə, defolta düşmür. Lakin investorlar hələ də skeptik şəkildə məsələni diqqətlə izləyirlər.
Mənbə: Marja.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay