İnşaat və əmlak
14.09.2021 / 15:33
Bu ilin II rübündə qlobal mənzil qiymətləri 9 faiz artıb
18120
Bu ilin II rübündə qlobal mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % artıb.
Bu barədə İngiltərənin daşınmaz əmlak üzrə konsaltinq şirkəti “Knight Frank”ın “Qlobal Ev Qiyməti İndeksi” hesabatında bildirilib.
Sənədə əsasən, II rübdə inkişaf etmiş ölkələrdə qiymətlər ortalama 12 %, inkişaf etməkdə olan ölkələrdə isə 4 % artacaq.
Bu ilin II rübündə mənzil qiymətləri ən çox artan ölkələr Türkiyə (29,2 %), Yeni Zellandiya (25,9 %), ABŞ (18,6 %) və Slovakiya (18,6 %) olub.
Hesabat dövründə Cersi adasında mənzil qiymətləri dəyişməzkən, Hindistan (0,5 %) və İspaniyada (0,9 %) isə azalma qeydə alınıb.
Qeyd edək ki, hesabat 55 ölkəni əhatə edir.
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay