BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
17865

Bakı şəhər sakini Nəsir Məmmədli Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi: 42-də yerləşən evlərinə söküntü prosesi zamanı “Dönüş-1 MMC” tərəfindən zərər verildiyini iddia edir.

Bu barədə N. Məmmədli qeyd edib ki, 2017-ci ildə evlərinin yanında adıçəkilən şirkət bina tikməyə başlayıb: 

“Birinci binanı özbaşınalıqla tikdilər. İndi də ikinci binanı tikmək istəyirlər. Ərazidə olan evləri sökürlər. Evlərin söküntüsü zamanı bizim 16 və 19 nömrəli mənzillərimizə ciddi zərər veriblər. Bizə bitişik evləri buldozerlə sökdülər. Evin divarlarında çatlar əmələ gəlib, döşəmə aşağı düşüb. Məndən icazəsiz evimə zərər vurduğuna görə şirkət tərəfindən ədalətli kompensasiya verilməsini tələb edirik. Bundan əlavə də bizə güc göstərirlər. Səbail İcra Hakimiyyətindən də gəlib dedilər ki, işi dayandırmaq lazımdır”.

Vətəndaşın iddiasına əsasən, MMC-nin sahibi deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadədir: 

"Mən özüm 2 il bundan qabaq şəxsən iki dəfə Orxan Quluzadə ilə üzbəüz danışmışam. Evimi sökməklə bağlı mənlə danışıb, ancaq evə dəyər-dəyməz qiymət qoyub. Mən də razı olmamışam. Orxan Quluzadənin özü tez-tez tikinti gedən yerə baş çəkir. Qonşular da onu görüblər. Əlimdə videofakt da var. 005 seriyalı maşınlarla bir neçə dəfə əraziyə gəliblər. Qeyd edim ki, mən prokuror deyiləm, heç kimi də şantaj etmirəm. Evim qəzalı vəziyyətdədir. O evdə ailə üzvlərimdən bir nəfər xəsarət alsa, mənə milyardlar da versələr qane olmayacağam. Bütün lazımi orqanlara müraciət edəcəyəm. Evimi yaşanmaz hala gətiriblər”.

“Qafqazinfo” sözügedən məsələ ilə bağlı “Dönüş-1 MMC”nin satış üzrə meneceri Həbib Məmmədovla əlaqə saxlayıb. O, Nəsir Məmmədlinin evinə zərər vurmadıqlarını bildirib: 

"Hər şey yerindədir. İstəsəniz gəlib yerindəcə tanış ola bilərsiniz. Onun evi 200 il qabaq tikilib. Biz ona yaxın məsafədə yerləşən evləri əllə sökdürmüşük ki, divara zərər dəyməsin. Ekskavator ona aid olmayan bir yerdə işləyib. Həmin şəxs prokuror olduğunu deyir, bizi həbslə hədələyir.

Deyir ki, mənə 600-700 min manat kompensasiya verməlisiniz. Bayılda söküntü gedən evlərdə yarım milyona ev olar?! Bu evə gəlib kənardan baxanlar 30 min manat pul verərlər. Bir ev də dayısının evidir, yan-yanadır. Heç birinə müdaxilə etmirik". 

Şirkətin Ülvi Quliyevin oğluna məxsus olmasına gəlincə, Həbib Məmmədov bu iddianı da təkzib edib: 

"Obyektin sahibi tamam başqa adamdır. Əvvəl başqa bir deputatın adını çəkirdilər, indi də ayrı bir deputatın adını çəkirlər”. 

H. Məmmədovun sözlərinə görə, şirkət tikintini Səbail rayon İcra Hakimiyyətinin yazılı sərəncamına əsasən həyata keçirir: 

“Əgər binanın tikilməməsi ilə bağlı hər hansı yazılı sərəncam varsa, gətirib göstərin biz dayandıraq. Bizim işimiz pilot layihədir. Hələ evlərin söküntü işləri gedir. Axı camaat gözləyir ki, bina tikilsin onlara ev verək. Hərəsi bir yerdə kirayə qalırlar. Hər gün sakinlər bizdən soruşur ki, nə vaxt bina tikiləcək?!” 

Mövzu ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, vətəndaş Məmmədli Nəsir Oruc oğlu Səbail rayonu, Bayıl yaşayış sahəsi, Qurban Abbasov küçəsi 42 ünvanında “Dönüş-1” MMC tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə müraciəti ilə əlaqədar Rayon İcra Hakimiyyətində qəbul edilərək dinlənilib və sözügedən ünvana yerində baxış keçirilib: 

"Məlumat üçün bildiririk ki, sözügedən tikinti şirkəti tərəfindən aparılan işlərin dayandırılması ilə əlaqədar aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanıb. Eyni zamanda, tikinti işlərinin dayandırılması və qanunamüvafiq qaydada tədbirlərin görülməsi məqsədilə “Dönüş-1” MMC-yə tərəfimizdən rəsmi müraciət edilib".

İddialarla bağlı yazıda adı keçən deputat Ülvi Quliyevlə də əlaqə saxlasaq da, onun mövqeyini öyrənmək mümkün olmayıb.

Mənbə: Qafqazinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

"Bakcell"in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşdü (FOTO)

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb

20 min manata qədər alına biləcək etibarlı avtomobillər

Bu xəbər neft və qızılı bahalaşdırdı

Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - Foto/Video

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ronaldo "Yuventus"u məğlub etdi

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlandı

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlandı

"Toyota Land Cruiser 250"nin qiyməti açıqlandı

Almaniyada OBI sahibinin yoxa çıxması ilə bağlı istintaq bərpa edildi

Mətbuat katibi vəzifəsindən ayrıldı

Yaponiya “Apple” və “Google”u monopoliyaya görə satışların 20-30%-i həcmində cərimələrlə hədələyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin