Rusiyada mənzil qiymətləri maksumuma çatıb
Son bir neçə ay ərzində Rusiyada aktiv şəkildə yüksələn mənzil qiymətləri artıq maksimuma çatıb və yaxın 2-3 ildə ucuzlaşma gözlənilmir.
Bunu RİA "Novosti"yə müsahibəsində Rusiya Hesablama Palatasının auditoru Natalya Trunova deyib.
Auditor bildirib ki, tikinti materialları, güzəştli ipoteka kreditləri və pandemiya stressi (qeyri-müəyyənliyin təsiri və vətəndaşların hər kəsin stabil düşündüyü aktivə sərmayə yatırmaq istəyi) kimi kompleks bir təsir yaranıb.
"Mənzil qiymətlərinin azalması üçün ilkin şərtlər var ki, bu da tələbatın tədricən azalması ilə əlaqəlidir. Yayda ipoteka kreditlərinin həcmində tədricən azalma artıq başlamışdı (2021-ci ilin yanvarın 1-nə kreditlərin aylıq sayı 211,8 min ədəd idisə, iyunun 1-nə bu rəqəm 148,7 minə endi, avqustun 1 -nə isə 151,7 min təşkil edib) və əhalidə inşaat sektorunun güvənə biləcəyi sərbəst pul ehtiyatları praktiki olaraq tükənib", - deyə N. Trunova qeyd edib.
Mənbə: "APA-Economics"
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay