ABŞ-da evlər ötən rüb rekord dərəcədə bahalaşıb
Bu ilin II rübündə dayanıqlı tələbatın təklifi üstələməyə davam etməsi səbəbindən ABŞ-ın demək olar, hər bir yerində yaşayış evlərinin qiymətlər yüksəldi.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə "The Wall Street Journal" ABŞ-ın Milli Rieltorlar Assosiasiyasına istinadən xəbər verir.
Son aylar ərzində yaşayış evlərinə tələbin artımı bir qədər yavaşlasa da, qiymətlərində artım hələ də davam edir.
Konkret qiymətlərə gəldikdə, hesabat rübündə bir ailə üçün nəzərdə tutulmuş evin orta qiyməti Milli Rieltorlar Assosiasiyası tərəfindən izlənilən 183 bölgədən 182-də keçən ilə nisbətən yüksəlib. Şəhər yerlərinin 94%-ində orta qiymətlər keçən ilə nisbətən 10%-dən çox artıb.
Ümumi ölkə miqyasında yaşayış evlərinin orta satış qiyməti II rübdə illik ifadədə 22,9% artaraq 357 900 dollara yüksəlib və bu, 1968-ci ildən bəri izlənilən məlumatlar üçün rekord göstəricidir.
Keçən il qiymət artımına bir neçə amil təsir edib – aşağı faiz dərəcələri və məsafədən iş rejiminin populyarlığı. Eyni zamanda, potensial satıcıların satış planlarını ləğv etməsi və ya təxirə salması səbəbindən bazardakı hazır evlərin sayı azalıb. Bazara çıxarılan evlər olduqca tez satılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay