BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
16415

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurun sadələşməsi, vətəndaş məmnunluğunun artırılması, elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlərini davam etdirir.

Bu barədə Valyuta.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi daha çox əmlakın qeydiyyata alınmasına səbəb olub. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 30.2 faiz artıb. Belə ki, 2021-ci ilin yanvar-iyun ayları ərzində 144 min 558 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb. Bunun 33 min 129-u ilkin, 111 min 429-u isə təkrar qeydiyyatdır. 

İlkin qeydiyyat daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən ilk dəfə tanınması, təkrar qeydiyyat isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla başqasına keçməsi nəticəsində yaranan hüquqların dövlət tərəfindən tanınmasıdır.

Cari ilin yanvar-iyun ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 21 min 643-ü fərdi yaşayış və bağ evi, 44 min 576-sı mənzil, 71 min 904-ü torpaq sahəsi, 1645-i qeyri-yaşayış binası, 4411-i qeyri-yaşayış sahəsi, 363-ü əmlak kompleksi, 16-sı isə çoxmərtəbəli yaşayış binasıdır. İlk 6 ayı ərzində 7533 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 16.6 faiz artıb. Analoji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə bu ilin yanvar-iyun ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 28.3 faiz artaraq 7653, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 36,4 faiz artaraq 2260 olub. Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, qeyri-yaşayış sahəsinin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. 

Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin ilk 6 ayı ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 37.1 faiz artaraq 14 min 110, mənzillər üzrə 59.5 faiz artaraq 29 min 111, torpaq sahələri üzrə 35,8 faiz artaraq 64 min 251, qeyri-yaşayış sahəsi üzrə 58,7 faiz artımla 2151 təşkil edib. Ümumilikdə isə, ötən ilin ilk 6 ayı ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 41,9 faiz artaraq 78 min 508-dən 111 min 429-a yüksəlib.

Cari ilin yanvar-iyun ayları ərzində 113 min 976 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,5 faiz artım deməkdir. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 189 min 318 arayış (Forma-1) verilib. 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə bu növ arayışların sayı 67,9 faiz artıb. 

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin 6 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 52,5 faiz artaraq 23 min 224 olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bakı ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlər reytinqində 3-cü yerdədir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin