Azərbaycan vətəndaşları Türkiyədən nə qədər ev alıb? - FOTO
2021-ci ilin iyun ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 164 daşınmaz əmlak alışı həyata keçirib.
Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Statistika İdarəsi məlumat yayıb.
Məlumata əsasən, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan yeddinci sırada qərarlaşıb.
İyun ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 94 ədəd və ya 2,3 dəfə çoxdur. Əvvəlki ayla (2021-ci il may) müqayisədə isə 117 ədəd və ya 3,5 dəfə çoxdur.
2021-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1 186 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 30,6 faiz azdır.
Qeyd edək ki, 2021-ci ilin iyun ayında xarici vətəndaşlar tərəfindən ümumi 4 876 daşınmaz əmlakın alışı həyata keçirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay