BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
14478

May ayında ABŞ-da təkrar mənzil bazarında qiymətlər yaşayış sahələrinin azlığı və kredit faizlərinin aşağı olması fonunda ötən ilin analoji ayına nisbətən 23,4% artıb. Bu, sözügedən statistikanın aparıldığı 1999-cu ildən bəri ən böyük illik artımdır.

Valyuta.azın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Milli Rieltorlar Assosiasiyasının (NAR) açıqlamasında deyilir.

İstehlakçıların pandemiya məhdudiyyətlərinə görə daha rahat və geniş mənzil tapmaq istədikləri üçün keçən yaydan bəri ABŞ-da evlərin qiymətləri durmadan artır. 

May ayında ABŞ-da mənzillərin orta satış qiyməti ilk dəfə 350 min dolları ötüb, eyni zamanda, daşınmaz əmlaka olan yüksək tələbat səbəbindən təkliflərin sayı azalıb və bu da mayda evlərin satışlarını aprellə müqayisədə 0,9 azaldıb. Bu, ölkədə daşınmaz əmlak ardıcıl bahalaşdığı dördüncü ayıdır. 

Bazara çıxarılan mənzil rekord bir müddətdə realizə olunur – alqı-satqı sövdələşməsi 17 günə tamamlanır. Ötən ilin may ayında sövdələşmə prosesi 26 gün çəkirdi.

NAR mütəxəssislərinin fikrincə, daşınmaz əmlak bazarı üzrə proqnozlar müsbətdir.

"Təkliflərin sayının artması gözlənilir ki, bu da alıcılar üçün daha çox seçim imkanını təmin edəcək və evlərin təkrar bazarında orta rekord qiymətləri endirməyə kömək edəcək", - NAR-ın baş iqtisadçısı Lorens Yun (Laurence Yoon) bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bakı ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlər reytinqində 3-cü yerdədir

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Almaniyada “Adidas” və “Nike” şirkətləri arasında apelyasiya prosesi başladı

Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər 3 şəhər, 29 kənd və 5 qəsəbənin salınması planlaşdırılır

Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzi cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin