BAKU Azərbaycan
21.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsi 38 ünvanında icra başçısı İradə Gülməmmədovanın qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisi ilə bağlı verdiyi icazəyə sözügedən qurum rəsmi reaksiya verib.

Komitədən Valyuta.az-a verilən məlumatda qeyd olunur ki, Komitəyə 18.05.2021 və 27.05.2021-ci il tarixlərində daxil olmuş vətəndaş şikayətlərinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində gedən inşaat işləri ilə bağlı dərhal araşdırmaya başlanılıb:

“İlkin baxış müddətində vətəndaş tərəfindən fərdi yaşayış evinin tikintisi üçün aparılan söküntü işlərində qanun pozuntusu qeydə alınmayıb. Lakin əraziyə növbəti monitorinq zamanı vətəndaşın mülkiyyətində olan torpaq sahəsində qanunla yol verilən tikinti əmsallarını pozaraq özülün qazıldığı aşkarlanıb və müvafiq inşaat işlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmadan qanunsuz şəkildə həyata keçirildiyi müəyyən edilib. Bununla bağlı həmin torpaq sahəsində tikinti işlərinin dayandırılması və müvafiq tədbirlərin görülməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət ünvanlanıb”.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən isə bildirilib ki, sözügedən ərazidə çoxmənzilli apartman binası tikilə bilməz: 

“Əgər həmin ünvanda icazə sənədlərindən kənar hər hansı bir tikinti işi aparılacaqsa, tərəfimizdən söküləcək”.

Son xəbərlər

Məcburi auditdən keçmə səviyyəsi 49 %-ə çatıb – AÇIQLAMA

“Pfizer/BioNTech”: Peyvənd 5-11 yaş uşaqları da qoruyur

Həbsdə olan sabiq icra başçısından xəbər var: ECMO cihazına qoşuldu

Həbsdə olan sabiq icra başçısından xəbər var: ECMO cihazına qoşuldu

Azərbaycanda hansı avtomobillər sığorta olunmur? - AÇIQLAMA

Evlərin sənədləşdirilməsi sahəsində problemlər açıqlanıb

Təhsil işçilərinin 90 faizi vaksinasiyadan keçib

Mərkəzi Bankdan yeni QƏRAR: Müştəri məsafədən hesab aça biləcək

Bu il ən çox tərəvəzlər bahalaşıb – Müqayisəli qiymətlər

“Equinor” Avropaya qaz tədarükünü artıracaq

Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT (FOTO)

Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT (FOTO)

Əhalinin İKT xərclərinin 35 faizi internetlə bağlıdır

"ƏDV geri al" çərçivəsində istehlakçılara qaytarılan vəsait aşıqlandı

Muzdla çalışan işçilərin sayı kəskin artıb - STATİSTİKA

Bu il vergi proqnozuna neçə faiz əməl edilib? - Hesabat

Banklar tərəfindən verilən kreditlərin məbləği açıqlandı

Londonda meşəsi olan sabiq nazir indi haradadır? - UNUDULAN MƏMURLAR

Azərbaycanda qiymətli kağızlarla bağlı yeni tələblər müəyyənləşib

“COVID-19”-un “Delta” növü ən çox cavanlara ziyan vurur - İnfeksionist

Yeni tədris ili üçün nə qədər dərslik çap edilib? - Açıqlama

Repetitorların 20 faiz vergi ödəyəcəyi məsələsinə aydınlıq gətirildi - RƏSMİ 

Bütün xəbərlər