BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
11197

Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonu Dərəcənnət və Təpəcənnət, Yevlax rayonu Qaraoğlan və Quşçu, Ucar rayonu Alpı və Qulabənd, Zərbad rayonu Yarməmmədbağı, Körpükənd və Əlvənd və Ağcabədi rayonu  Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Valyuta.az-a verilən xəbərə görə, qurum tərəfindən icra edilən layihəyə əsasən qeyd edilən kənd yollarının ümumi uzunluğu 61.7 kilometdir. 

IV texniki dərəcəyə uyğun olaraq bərpa edilən yolların hər birinin eni 10 metr təşkil edir. Yolların gediş-gəliş hissəsinin eni 3.5 m olmaqla 7 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 1.5 m olmaqla 3 metrə bərabərdir. 

Görülən işlər çərçivəsində Şəki rayonu ərazisində Təpəcənnət və Dərəcənnət kənd yolları layihəyə uyğun olaraq, torpaq yatağının normativ eninin alınması üçün genişləndirilib, genişləndirilmiş ərazilərə yol boyu yararlı material tökülərək qrunt yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa olunub. Bununla yanaşı uzunluğu 5.2 km olan Təpəcənnət  yolunda 14 ədəd, 6.2 km olan Dərəcənnət kənd yolunda isə 24 dairəvi suotürücü boru quraşdırılıb, həmçinin 1 düzbucaqlı su keçidi inşa edilib. Hazırda hər iki yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Layihəyə uyğun olaraq Yevlax rayonunda da 2 kənd yolunun yenidən qurulması icra olunur ki, artıq işlər son mərhələdədir. Bu 4.4 km uzunluğa malik Qaraoğlan və 3.2 km-lik Quşçu kənd yollarıdır. Sözügedən kənd yolları boyunca deformasiyaya uğramış örtüyün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, yeni yol yatağının inşası aparılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilir və hərəkət hissə asfalt örtüyü döşənməsi üçün hazır vəziyyətə gətirilir. Yollar boyunca mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan ümumilikdə 57 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri icra olunur.

Ucar rayonunda isə 3.5 km uzunluğa malik Alpı və 3.4 km-lik Qulabənd kənd yolları inşa edilir. Hər iki yolda işlər artıq yekunlaşmağa doğru gedir. Belə ki, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, sözügedən yollarda yeni yol yatağı inşası yekunlaşdırılıb. Hazırda layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası aparılır, yollar boyunca ümumilikdə 31 ədəd dairəvi suötürücü boru quraşdırılır. Bunun ardınca isə yollara 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.

Anoloji işlərin Zərdab rayonu ərazisində 3 kənd yolunda da icrasına start verilib. Bu uzunluğu 15.9 km olan Yarməmmədbağı, 4.7 km uzunluğa malik Körpükənd və 5 km-lik Əlvənd kəndlərinin yollarıdır. Hazırda yollar boyu xüsusi texnikalardan istifadə olunmaqla yatağın genişləndirilərək profilə salınması və IV texniki dərəcəyə uyğun inşası, həmçinin lazımi qarışıqlardan istifadə olunmaqla yol əsasının tikintisi işləri həyata keçirilir. Yarməmmədbağı, Körpükənd və Əlvənd kənd yollarında müvafiq olaraq 20, 10 və 9 ədəd dairəvi suötürücü borunun quraşdırılması da layihə üzrə nəzərdə tutulur.

Zərdab rayonu ilə yanaşı Ağcabədi rayonunda Şənlik kəndi yolunun da yenidən qurulması işlərinə başlanılıb. Hazırda kəndə gedən 10.2 km-lik yolda yeni torpaq yatağı və yeni yol əsası inşa edilir. Mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan 16 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri və mövcud 2 avtomobil körpüsünün əsaslı şəkildə təmiri də layihəyə daxil edilib. Texnoloji ardıcıllığa uyğun olaraq, torpaq işlərindən sonra Şənlik kənd yoluna əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. 

Qeyd edək ki, tikintiyə Texniki nəzarət işlərini İtaliyanın “İRD Engineering” şirkəti yerinə yetirir.

Ümumilikdə isə tikinti işləri tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

Əsaslı şəkildə yenidən qurulan yerli əhəmiyyətli yollar adı qeyd edilən 10 kəndin 12 mindən artıq əhalisi ilə yanaşı bu yollardan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək. Bundan başqa əhali tərəfindən yetişdirdirilən kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan rayon mərkəzinə və qonşu rayonlara daşınmasına şərait yaratmaqla bu sahənin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində kənd əhalisinin sosial həyat şəraitinə müsbət təsir etmiş olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Tramp ABŞ iqtisadiyyatını tənqid etdi

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Restoranlar müştərilərə xidmətdə ən çox hansı səhvlərə yol verirlər?

Restoranlar müştərilərə xidmətdə ən çox hansı səhvlərə yol verirlər?

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirildi (YENİLƏNİB)

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlandı

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

AQTA-dan bazar rəhbərlərinə - Xəbərdarlıq

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)

Saharadan gələn qum fırtınası Afina səmasını narıncıya çevirdi (VİDEO)

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başladı

Xaricə satdığımız kartofun tonu 145 dollar ucuzlaşıb – Qiymət

Azad edilən ərazilərdə peşə yarmarkası keçiriləcək - İlk dəfə

Tramp ABŞ-ı dünyanın qalan hissəsi üçün zibilxana adlandırdı

Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi açıqlandı - SİYAHI

Azərbaycan xaricdən mebel alışına çəkdiyi xərci 3 milyon dollara yaxın azaldıb

"AFB Bank" I rübü zərərlə bitirib

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - Bu tarixdən...

Hesabat dövründə fəaliyyəti olmayan sahibkar vergi hesabatı təqdim etməlidirmi?

AMEA-da təyinatlar - Yeni şöbələr yaradıldı

İnvestisiya etmək istəyən şəxslərin oxumalı olduğu 10 kitab – Mütəxəssis məsləhəti

İnvestisiya etmək istəyən şəxslərin oxumalı olduğu 10 kitab – Mütəxəssis məsləhəti

Azərbaycanda “Deloitte”nin filialı ləğv edildi

Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub

“Kia” avtomobilləri Qazaxıstanda hazırlanacaq

Bitcoin və Etherium yenidən yüksəlişdə - Kriptovalyutaların qiymətləri

Yanan obyektlərin sığorta problemi

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin