BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
9776

Bakıətrafı qəsəbələrdən birində altı ay əvvəl asfaltlanmış yol istifadəyə yararsız vəziyyətə düşüb. Bu barədə Sputnik Azərbaycan-a Abşeron rayonu, "Can Təpə" yaşayış massivinin sakinləri məlumat verib. Sakinlərin bildirdiyinə görə, yaşayış massivində yollar bərbad vəziyyətdə olduğundan onlar bununla bağlı AbşeronRayon İcra Hakimiyyətinə müraciət ediblər. Dəfələrlə edilmiş müraciətdən sonra yaşayış massivinin əsas yolu asfaltlanıb. Amma yolun təmirindən altı at keçməmiş yolda dərin çalalar əmələ gəlib, asfalt örtüyü dağılıb.

Sputnik Azərbaycan sakinlərin problemlərini araşdırmaq üçün "Can Təpə" yaşayış massivində olub. Sakinlər yaşayış massivinin əsas yolunun asfaltlandığını bildirsələr də, yolda asfaltdan əsər-əlamət yox idi. 2000-ci ildən salınan yaşayış massivində yaşayanların çoxu məcburi köçkünlərdir. Sakinlər indiyədək yaşayış massivinin yollarına dəfələrlə daş, çınqıl tökdüklərini söyləyirlər. Onların sözlərinə görə, qış aylarında yaşayış massivinin yolları keçilməz olur.

Sakin Elşən Məmmədov bildirib ki, hava yağışlı olanda məktəblilər palçığa batırlar: "Ona görə də hamı məcbur olub uşağına taksi tutub. Yağış yağanda şagirdlər məktəbə çatana qədər üst-başları palçıq olur. Naəlac qalıb üç-dörd qonşu yığılıb taksi tuturuq ki, uşaq məktəbə gedib-gələ bilsin".

Sakinlərin bildirdiyinə görə, yolların bərbad vəziyyətdə olması səbəbindən yaşayış massivinə müasir avtobuslar da verilmir: "Siz bu yaşayış massivinə sərnişin daşıyan avtobusun vəziyyətini görsəniz dəhşətə gələrsiz. Avtobusun görünüşündən "cin hürkür". Avtobusun salonunda bir salamat oturacaq yoxdur. Döşəməsinin dəmiri çürüyüb, yayda toz, yışda palçıq salonun içindəki sərnişinlərin üstünü bulaşdırır. Yollar bərbad olduğundan, əraziyə müasir avtobuslar salınmır".

Gülnar Səfərova adlı sakin isə bildirir ki, yolların vəziyyəti onsuz da sınıq-salxaq olan avtobusların tez-tez xarab olması ilə nəticələnir: "İndi bu qədər sakini olan yaşayış massivinə cəmi 6 avtobus işləyir. Yerdə qalanları sürücülərin dediyinə görə xarab olduğundan qarajdadır".

142 saylı avtobusun sürücüləri də yolun vəziyyətindən şikayətçidir. Sürücülər bildirdilər ki, yollarda dərin çalalar olduğundan yaşayış massivinin içindən 7-ci Binəqədi şosesinə çıxmağa xeyli vaxt itirirlər: "Avtobusu bir az bərk sürsək gündə yolda qalarıq. Bu yollara görə hər gün avtobusların bir detalı qırılır. Bu yolda müasir avtobuslarla işləmək qeyri-mümkündür. Sərnişinlər avtobusların vəziyyətindən narazılıq edirlər. Amma biz də sərnişinlər qədər əziyyət çəkirik. Dəfələrlə marşrut sahibi yolu düzəltdirib. Bu yola 6 ay əvvəl asfalt tökdülər. Heç üç ay çəkmədi yol çökdü, asfalt dağıldı".

Sakinlər də bildirir ki, yolun əsaslı təmirə ehtiyacı var: "Prezident Bakı ətrafı qəsəbələrin yollarının təmiri üçün vəsait ayırdı. Amma o puldan bizim yaşayış massivinə bir manat da pay çatmadı. Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik. Bir dəfə icra başçısı burada yaşayanların problemləri ilə maraqlanmır. Bu yaşayış massivinin bir hissəsi Binəqədi İcra Hakimiyyətinin, bir hissəsi isə Abşeron İcra Hakimiyyətinin ərazisi sayılır. Heç bir yerli icra orqanı yaşayış massivinin yollarını düzəltmir. Avtobusun hərəkət etdiyi əsas yol isə Binəqədi Rayon İcra Hakimiyyətinin ərazisi sayılır. Ərazidə su axıb küçələrə tökülür, baxan yoxdur. Kanalizasiyadan tutmuş öz vəsaitimiz hesabına çəkmişik. Burada yaşayanların çoxu məcburi köçkünlərdir. Amma heç bir qurum onların problemləri ilə maraqlanmır".

Onlar deyir ki, yollar bərbad vəziyyətdə olduğundan, taksi də bu əraziyə sərnişinləri baha gətirir. 7-ci Binəqədi şosesindən "Can-Təpə"ə taksi 5 manata gətirir. Hələ çox taksi sürücüsü "Can Təpə" adı çəkəndə müştərisi olmasa da geri çəkilir. Heç kəs öz avtomobilini bu əraziyə sürüb xarab olmasını istəmir".

Qeyd edək ki, yaşayış massivində minlərlə sakin yaşayır. Buna baxmayaraq indiyədək yaşayış massivinin yolu əsaslı təmir olunmayıb.

Sakinlər bildirir ki, son dəfə yaşayış massivinin avtobus hərəkət etdiyi əsas yoluna nazik asfalt qatı tökülüb: "Yolda bərkitmə işləri aparmadan nazik asfakt tökdülər. Həmin vaxt hər kəs narazılıq etdi ki, bu yolda bərkitmə işi aparmadan, alt qat möhkəmləndirilmədən asfalt salmaq mənasızdır. Amma yolu bildikləri kimi təmir etdilər. Nəticədə yol üç aya köçdü. 6 ay tamam olmamış asfalt dağıldı".

Abşeron Rayon İcra Hakimiyyətindən isə şikayətin araşdırılacağını bildirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp ABŞ iqtisadiyyatını tənqid etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Restoranlar müştərilərə xidmətdə ən çox hansı səhvlərə yol verirlər?

Restoranlar müştərilərə xidmətdə ən çox hansı səhvlərə yol verirlər?

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirildi (YENİLƏNİB)

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlandı

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

AQTA-dan bazar rəhbərlərinə - Xəbərdarlıq

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)

Saharadan gələn qum fırtınası Afina səmasını narıncıya çevirdi (VİDEO)

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başladı

Xaricə satdığımız kartofun tonu 145 dollar ucuzlaşıb – Qiymət

Azad edilən ərazilərdə peşə yarmarkası keçiriləcək - İlk dəfə

Tramp ABŞ-ı dünyanın qalan hissəsi üçün zibilxana adlandırdı

Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi açıqlandı - SİYAHI

Azərbaycan xaricdən mebel alışına çəkdiyi xərci 3 milyon dollara yaxın azaldıb

"AFB Bank" I rübü zərərlə bitirib

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - Bu tarixdən...

Hesabat dövründə fəaliyyəti olmayan sahibkar vergi hesabatı təqdim etməlidirmi?

AMEA-da təyinatlar - Yeni şöbələr yaradıldı

İnvestisiya etmək istəyən şəxslərin oxumalı olduğu 10 kitab – Mütəxəssis məsləhəti

İnvestisiya etmək istəyən şəxslərin oxumalı olduğu 10 kitab – Mütəxəssis məsləhəti

Azərbaycanda “Deloitte”nin filialı ləğv edildi

Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub

“Kia” avtomobilləri Qazaxıstanda hazırlanacaq

Bitcoin və Etherium yenidən yüksəlişdə - Kriptovalyutaların qiymətləri

Yanan obyektlərin sığorta problemi

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin