BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
57999

Sabunçuda gecə tunelə yağış sularının dolması nəticəsində iki nəfər boğularaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub.

"Qafqazinfo"nun məlumatına görə, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel "Azərbaycan Dəmir Yolları"nın sifarişi əsasında "Körpü Bina Tikinti" MMC tərəfindən inşa edilib və 2020-ci il martın 13-də istifadəyə verilib. Açılış mərasimində qırmızı lenti o dövrdə "Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.

Qısa arayış olaraq bildirək ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5.5 metr, eni isə 13.5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.

4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün üç nasos, 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.

2019-cu il, tunelin qazıntı işlərinə başlanılır

Ümumiyyətlə, bu müddət ərzində həmin avadanlıqların yararlılığı yoxlanılıbmı, bu da sual altındadır.

Fotoda Xəlil Göyüşov

Tunelin tikintisini həyata keçirən "Körpü Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovdur. Şirkət 2001-ci ildə təsis edilib və Bakıda, eləcə də bölgələrdə bir sıra iri layihələri həyata keçirib.

Bu layihələrə aşağıdakılar daxildir:

- Keçmiş "Şəfa" stadionunun qarşısındakı yeraltı keçid

- Bakı Olimpiya Stadionundan Heydər Əliyev adına hava limanına avtomobil keçid

- Suqovuşan su anbarının təmiri və bərpası

- Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu

- Sabunçu-Pirşağı-Sumqayıt dəmir yolu stansiyasının yenidən qurulması

Maraqlıdır ki, Sabunçu rayonu ərazisində "Körpü Bina Tikinti" MMC tərəfindən tikilən başqa bir tuneli də su basmış və həmin vaxt bir neçə avtomobil yararsız hala düşmüşdü.

2019-cu ilin sentyabrında baş verən həmin hadisə zamanı nə dünənki kimi aramsız yağışlar yağmışdı, nə də başqa bir fəlakət baş vermişdi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da həmin vaxt tikinti zamanı nöqsanlara yol verildiyini ehtimal etmişdi. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılması vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Daha bir yüksək vəzifəli məmur yola salınır

Sabiq məmur övladlarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

Aprelin pensiyası bu tarixdə ödəniləcək - RƏSMİ

Bank, yoxsa BOKT: Hansı daha sərfəlidir?

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Nazir onlara vəzifə verdi

Əmək pensiyası ilə bağlı qanun dəyişir

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar-fevral

Kolbasadan dəmir çıxdı - AQTA araşdırmağa başladı

Türkiyə limon ixracını dayandırdı

Sabahın havası: 31 dərəcə isti...

Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

Paytaxt bazarlarında qeyri-mövsümi meyvələrin QİYMƏTLƏRİ

Üç məhkəmə hakimi vəzifəsindən azad ediləcək

İran Azərbaycana səfir təyin edəcək

​AFB Bank-da yeni təyinat: Aslan Nəbiyev İdarə Heyəti sədrinin müşaviri oldu

​AFB Bank-da yeni təyinat: Aslan Nəbiyev İdarə Heyəti sədrinin müşaviri oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin