BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
53173

Suraxanı rayonunda sakinlərin istirahəti üçün nəzərdə tutulan yaşayış parkının baxımsız və bərbad durumda olduğu barədə yazı dərc etmişdik. Üzərindən 1 il vaxt keçməsinə baxmayaraq durum yenə eynidir. Daha dəqiq desək, vəziyyət daha acınacaqlı hal alıb.

İstirahət parkı müharibə ocağını xatırladır...

Söhbət Yeni Günəşli qəsəbəsi “D” massivi, bina 29-un qarşısındakı meydançadan gedir. Yaşayış binalarının qarşısında sakinlərin və uşaqların istirahəti üçün nəzərdə tutulan yaşayış parkı uçulub sökülüb. Ərazidəki futbol meydançası, uşaqların istifadəsi üçün qoyulan bəzi atraksionlar yararsız hala düşüb. Yelləncəklərin ümumiyyətlə oturacaqları yoxdur, bəziləri isə çürüdüyündən hər an qırılma təhlükəsi ilə üz-üzə qalıb. Döşəmələri uçuq-sökük olan meydança və pilləkənlərindən isə danışmağa dəyməz. Sakinlərin və azyaşlıların kabusuna çevrilən bu pilləkənlərdə demək olar ki, hər gün bədbəxt hadisələr yaşanır.

Dəfələrlə azyaşlıların və yaşlı insanların yıxılmasına səbəb olan pillələri qopmuş pilləkənlər sanki müharibə ocağını xatırladır. Bir sözlə, mənzərə o qədər ürküdücüdür ki, XXI əsrdə paytaxtın qəsəbələrindən birində belə bir vəziyyətin hökm sürməsi sadəcə birabırçılıqdır. 

Üstəlik zibil paleqonuna çevrilən ərazi küçə itlərinin də məskəninə çevrilib.

Suraxanı rayon İcra Hakimiyyəti illərdir ki, söz verir

Bizim.Media-ya növbəti dəfə şikayətlənən Yeni Günəşli “D” massivindəki 28, 29, 30 və 31-ci bina sakinlərinin sözlərinə görə aidiyyəti qurumlar baxımsız vəziyyətdə olan meydançanın təmiri məsələsinə hələ də biganəlik nümayiş etdirirlər.  Dəfələrlə şikayət və müraciətlərə baxmayaraq nə ərazi təmirə bağlanır, nə də natəmizlik aradan qaldırılr. Halbuki 1 il əvvəl Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva Bizim.Media-ya açıqlamasında sözügedən yaşayış sahəsində olan məhəllənin təmiri və abadlaşdırılmasının nəzərdə tutulduğunu açıqlamışdı.

Parkın abadlaşdırılması və yenidən bərpası isə sanki dalana dirənib. Nə ərazi üzrə Qaraçuxur bələdiyyəsi və ərazi nümayəndəliyi, nə də Suraxanı Rayon İcra Hakimiyyəti problemlə maraqlanır. Diqqətdən kənar qalan məhəlləarası meydança isə gün keçdikcə dağılır, bərbad hala düşür və azyaşlıların yararsız pilləkənlərdən yıxılaraq xəsarətlər alması ilə nəticələnən hadisələrin sayını artırır.

Parkın təmiri üçün vəsait yoxdur?  

Məsələ ilə bağlı növbəti dəfə Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun rəsmisi Sevinc Ağayeva Bizim.Media-ya açıqlamasında parkın təmir olunması üçün vəsaitin olmadığını deyib:

“Təbii ki, biz də istəyirik ki, təmir edilsin, hər bir park abadlaşdırlsın. Öz ərazimizdir. Elə məsələlər var ki, bizdən də asılı deyil. Həmin park Qaraçuxur bələdiyyəsinin balansındadır. Elə onlar tərəfindən də parkda təmizlik işləri aparıldı. Əraziyə  atılmış məişət tullantıları yığışdırıldı. Abadlaşdırılmasına gəlincə, hazırda mümkün vəsait yoxdur ki, o park təmir olunsun. Gələcəkdə nəzərdə tutulub, amma indi yox...”

Görünən odur ki, Yeni Günəşli “D” massivindəki sakinlər istirahət üçün üz tutduqları parkın təmir olunub abadlaşdırlmasını hələ çox gözləməli olacaqlar...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezident Ağdamda açılışlar etdi, "İmarət"in təməli qoyuldu (YENİLƏNİB)

Bakı Fond Birjasında "yaşıl" istiqrazların yerləşdirilməsi mümkün ola bilər

Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç bölgə

Dövlət qurumları vətəndaşdan kağız sənəd tələb edə bilərmi?

Tramp "Bitcoin"lə ödəniş edən ilk ABŞ lideri oldu

Azərbaycan meyvə-tərəvəz satışından 350 milyon dollardan çox gəlir əldə edib - Rəqəmlər

Sürücüləri çaşdıran məsələ: Hansı yola girsəniz cərimələnəcəksiniz? - İZAH

"Şəfəq-2006" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

STAR müsahibə texnikası nədir və ondan necə istifadə olunur?

Ölkəmizdə rəqəmsal məhsullara keçid hansı vəziyyətdədir?

Gələn il pensiyalar nə qədər arta bilər?

Qızılın qiyməti tarixi maksimumunu yenilədi

Bakıda məşhur ticarət mərkəzi satılır - 13 milyona

“Express Bank”ın kredit təşkilatlarına borcu 170 milyon manata çatıb

“Sıfır Tullantı” həmrəylik marafonu yekunlaşdı®

Sabah hava necə olacaq?

Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının regional mərhələsi keçirilir

Özəl tibb müəssisələrinə Xəbərdarlıq

Dövlət Suverenliyi Günü iş günü hesab ediləcək?

Ölkədən qanunsuz çıxarılan aktivlərin 2,3 milyardı Qazaxıstana qaytarıldı

Bakı Fond Birjası rebrendinq edib

Bank “Dollarımız bitib” deyir - Banklarda dollar bitirmi?

ABŞ Türkiyə banklarını sanksiyalarla hədələdi

Hər il Azərbaycana nə qədər nəqliyyat vasitəsi gətirilir? - İllər üzrə göstəricilər

Azərbaycan biznesində dayanıqlılıq standartlarının tətbiqi məcburi olacaq

Dünya ölkələrində minimum əməkhaqqı nə qədərdir? - ARAŞDIRMA

Dünya ölkələrində minimum əməkhaqqı nə qədərdir? - ARAŞDIRMA

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi (SƏRƏNCAM)

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin