BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
37590

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 54 nömrəli şəhərdaxili, 167 və 196 nömrəli qəsəbələrarası, 186, 217, 508 və 557 nömrəli şəhərətrafı, Bakı-Ağdaş, Bakı-Şirvan, Bakı-Şabran, Bakı-Qəbələ, Bakı-Kürdəmir, Bakı-Ağcabədi, Bakı-Şamaxı, Sumqayıt-Quba, Qusar-Xudat şəhərlərarası, eləcə də Laçın şəhəri-Zabux kəndi rayondaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə Valyuta.az-a AYNA-dan bildirilib.

Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 29 dekabr saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 012-567-99-76, 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.

Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Ağdaş, Bakı-Şirvan və Sumqayıt-Quba istiqamətlərində 4 Lot üzrə yanvarın 9-da, Bakı-Şabran və Bakı-Qəbələ istiqamətlərində 4 Lot üzrə yanvarın 12-də, Bakı-Kürdəmir, Bakı-Ağcabədi və Bakı-Şamaxı istiqamətlərində 5 Lot üzrə yanvarın 16-da, Qusar-Xudat, Laçın şəhəri-Zabux kəndi, eləcə də paytaxtın 167, 186 və 196 nömrəli avtobus marşrutları üzrə 4 Lotda yanvarın 19-da, eləcə də 54, 217, 508 və 557 nömrəli müntəzəm avtobus marşrutları üzrə 4 Lotda yanvarın 23-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin