BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

"Azərbaycanın işğal dövründə tam məhv edilmiş infrastrukturunun yenidən qurulmasında innovativ və ağıllı layihələrinin icrası ilə ümümilikdə Qarabağın rəqəmsal transformasiyanın mərkəzi və innovasiya habına çevrilməsi potensialı böyükdür. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bu sahədə Avropa İttifaqının “Horizon 2020” təşəbbüsü çərçivəsində qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlıdır".

Valyuta.Az Mərkəzə istinadən xəbər verir ki, bunu qeyd edilən layihənin nümayəndə heyətini qəbul edən qurumun icraçı direktoru Vüsal Qasımlı bildirib.

Görüşdə ITHACA Laboratoriyasının direktoru, MetaMind Innovations P.C.-nin həmtəsisçisi, Qərbi Makedoniya Universitetinin professoru Sarigiannidis Panagiotis, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin prorektoru Rafiq Camalov və Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin dəvətli professoru, HPC üzrə mütəxəssis Ehsan Musəvi iştirak edib.

V.Qasımlı Azərbaycanın 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər və strateji vizyonda innovasiya siyasəti və İİTKM-in flaqman layihələri olan azexport.az və rəqəmsal ticarət portalının fəaliyyəti barədə məlumat verib. O bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olduğu kimi regionda innovasiyalar habı olmaq sahəsində böyük potensiala malikdir və işğaldan azad olunmuş ərazilərdə Avropa İttifaqı ilə ağıllı kənd layihələri çərçivəsində uğurlu əməkdaşlığa başlanılıb.

Sarigiannidis Panagiotis Azərbaycanda sənaye sahəsində elmin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq bildirib ki, Azərbaycan “Horizon 2020” çərçivəsində əməkdaşlıq üçün arzuolunan tərəfdaşdır və Qarabağda rəqəmsal mərkəzin yaradılması, modern şəhər layihəsinin tətbiqi və ölkədə innovativ təlim mərkəzlərinin yaradılması sahəsində böyük potensial vardır və bu əməkdaşlıqda Avropa Universitetləri maraqlıdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən sahələrdə mümkün əməkdaşlıq sahələri müzakirə edilib, gələcəkdə birgə fəaliyyət planları üzrə razılaşmalar əldə edilib.

Son xəbərlər

TƏBİB: Meymunçiçəyi daha çox gəmiricilərdən, primatlardan yoluxur

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

Bakı-Sumqayıt qatarları qeyri-iş günlərində belə işləyəcək

TƏBİB: "Meymunçiçəyi koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil"

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?

Bayramda metronun "Bakmil" stansiyası iş günləri qrafiki üzrə çalışacaq

Son sutkada koronavirusa yoluxanların sayı açıqandı

Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını ediblər (YENİLƏNİB)

Şantaja SON: İnternetdə problemli fotolarınız varsa, nə etməlisiniz? - AÇIQLAMA

Rəşad Nəbiyevin yeni müavinlərinin cavabdeh olacağı sahələr müəyyənləşdi

Nazir: “Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb”

Rövşən Rüstəmov: "Yeni peykin yaradılması ilə bağlı bu il ərzində qərar veriləcək"

Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən yeni görüntülər (VİDEO)

Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən yeni görüntülər (VİDEO)

Vilyam Hacıyev: "Otağımda aşkarlanan 6 milyon manat arvadımın babasından miras qalmışdı"

Daşınmaz əmlaka görə ödənilən ƏDV necə geri qaytarılacaq?

Orqan transplantasiyası ilə bağlı cərimələr - MƏBLƏĞ

Azərbaycanda fərdi uçot elektron qaydada aparılacaq

Sabah Azərbaycanda 29 dərəcə isti olacaq

Yeni cərimə müəyyənləşir - 5 min manata qədər

Ucarda avtovağzalı ləğv edib, yerində obyekt açırlar (FOTOLAR)

Ucarda avtovağzalı ləğv edib, yerində obyekt açırlar (FOTOLAR)

Bütün xəbərlər