BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
18900

Bir neçə beynəlxalq əhəmiyyətli iqtisadi layihələri yekunlaşdırmaq üçün Rusiya İrana 5 milyard dollar məbləğində kredit ayıracaq.

Bu sözləri İranın iqtisadiyyat və maliyyə işləri naziri Ehsan Xanduzi Moskva səfərinin yekunlarına dair mətbuata verdiyi açıqlamada deyib. O bildirib ki, ayrılan kredit əsasən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara dəmir yolunun çəkilişinə yönəldiləcək. Bu yol İranın şimal bölgələrini Fars körfəzi ilə birləşdirməklə yanaşı, Avropa ölkələri ilə yükdaşımaları artıracaq.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə əsas seqmenti olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Lakin sanksiyalar səbəbi ilə İran bu yolun inşasında maliyyə çətinliyi ilə üzləşib. İran Rusiyanın verdiyi kredit hesabına yolun tikintisini başa çatdıra bilər.

Nəzərə çatdıraq ki, Avropadan İran ilə yanaşı, körfəz ölkələrinə və əks istiqamətə ixrac ediləcək yüklər İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanında Rusiya və Azərbaycan ərazisindən keçməklə çatdırılacaq. Şimali Avropadan yük qatarları Rusiya və Azərbaycan ərazisindən tranzit keçərək Astaradan İrana daxil olacaq. Artıq Azərbaycan ilə İranın dəmir yolları sistemləri birləşib. Rəşt-Astara yolu isə inşa edilərək başa çatdıqdan sonra Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə hərəkət edəcək bütün qatarlar Azərbaycandan tranzit olaraq keçəcəklər.//AzərTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin