BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
17177

Bu il avqustun 16-da Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) dəniz blokunun Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb.

Valyuuta.az bildirir ki, bu barədə SOCAR və BP-nin birgə yaydığı məlumatda əks olunub.

Bildirilir ki, bundan əvvəl bu quyunun qazılmasını həyata keçirən “Satti” özüqalxan qazma qurğusu 9 avqust tarixində təhlükəsiz şəkildə dənizə yola salınıb.

Məlumata görə, bu quyu həmin müqavilə sahəsində qazılacaq ilk quyudur. Quyunun ümumi dərinliyinin 2424 metrə çatacağı planlaşdırılır və qazma işlərinin təxminən iki ay yarım davam edəcəyi gözlənilir. Bundan sonra quyudan əldə edilmiş məlumat analiz ediləcək və göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.

BP AYDH layihəsinin operatordur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 50% iştirak payına malikdir, digər 50% iştirak payı isə SOCAR-a məxsusdur.

Bu barədə açıqlama verən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR-ın CDC şirkətinin bazasında “KazMunayQaz” şirkətinə məxsus “Satti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçirildikdən sonra Dayazsulu Abşeron yatağında ilk qazma işlərinə start verilməsi sevindirici haldır:

“Bu, son dövrdə Xəzər regionu dövlətlərinə məxsus şirkətlərin əməkdaşlığının yüksələn xəttlə inkişafını təzahür etdirir. Əminəm ki, SOCAR, BP Azərbaycan və Qazaxıstanın “KazMunayQaz” şirkəti gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlıqlarını müvəffəqiyyətlə davam etdirəcək”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə AYDH sahəsində qazma əməliyyatlarına başlamaqlarından məmnun olduqlarını bildirib:

"Dünyanın müxtəlif yerlərindəki dayazsulu sahələrdə əldə etdiyimiz təcrübədən və qabaqcıl texnologiyalardan istifadə etməklə qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün geniş hazırlıq işləri aparmışıq. AYDH sahəsindəki ilk kəşfiyyat quyusunun təhlükəsiz və səmərəli şəkildə qazılması üçün SOCAR ilə sıx əməkdaşlıqda işləməyə davam edəcəyik”.

“Satti” özüqalxan qazma qurğusu “Caspian Drilling Company” (CDC) tərəfindən idarə edilir. Qurğunun AYDH layihəsi üçün işləməsi haqqında müqavilə 2021-ci ilin iyun ayında imzalanıb.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AYDH dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS BP və SOCAR arasında 2014-cü ilin dekabr ayında Bakıda imzalanıb. Bu HPBS 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunub. Kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layların dərinliyi 2000-5000 metr arasındadır. Müqavilə sahəsində 2016-cı ildə 3D (üçölçülü) seysmik tədqiqat proqramı həyata keçirilib. Kontrakt sahəsindən əldə edilmiş 3D məlumatların emalı və interpretasiyası tamamlandıqdan sonra 2017-ci ildə bp tərəfindən SOCAR-a üç perspektiv sahə ilə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) əlaqədar Perspektivlik haqqında Bildiriş təqdim edilib. BP bu sahələrin hər birində bir kəşfiyyat quyusunun qazılmasını planlaşdırır.

AYDH sahəsindəki ilk quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlanıb və sənədin müzakirəsi bitdikdən sonra 2021-ci ilin yanvar ayında hökumət tərəfindən təsdiqlənib. Bununla da 2021-ci ildə qazma işlərinə başlanmasına icazə verilib. 2021-ci ilin iyul ayında ikinci quyu üzrə ƏMSSTQ sənədinin layihə versiyası ictimaiyyətə açıqlanıb. Hazırda davam edən müzakirələrin 30 avqust 2021-ci il tarixində başa çatacağı gözlənilir.

Kamran Xəlilov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin açılışında iştirak etdi (YENİLƏNİB)

Xaricdən çayın kiloqramını neçəyə alırıq?

Bakıda üç məktəbin direktoru cəzalandırıldı

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Sabah bəzi yerlərdə 31 dərəcə isti olacaq

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

Azərbaycanla Macarıstanın ticarət dövriyyəsi 40% artıb

İşçilərin sosial mediada ən çox etdiyi səhvlər

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Macarıstan Azərbaycandan daha çox təbii qaz almağı planlaşdırır

Magistr olmaq istəyənlərin nəzərinə!

Azərbaycanlı təsisçinin startapı beynəlxlaq mükafat qazanıb

Bakının məşhur məktəbi təmirə bağlanır - Şagirdlər bu təhsil ocaqlarına köçürülür

Neçə nəfərə sosial müavinət və təqaüd təyin olunub?

Vətəndaşlar Laçına şəxsi avtomobillə gedə biləcək

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Üç ayda bu məhsulun satışından 50 milyon dollardan çox gəlir əldə etmişik - Qiymətlər

Bu rayonlarda qaz olmayacaq

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Velosiped və skuterlər üçün zolaq çəkilərkən avtobus dayanacağı niyə nəzərə alınmayıb? - VİDEO

Avro və rubl bahalaşdı - Məzənnə

Şuşada 450 mənzilli kompleks tikilir (VİDEO)

Bakının 6 istiqamətində böyük dəyişiklik (TƏFƏRRÜAT)

Bakının 6 istiqamətində böyük dəyişiklik (TƏFƏRRÜAT)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin