BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
16306

"Füzuli Hava Limanının tikintisinə bu ilin yanvar ayında start verilib. İlkin olaraq burada minatəmizləmə işləri həyata keçirilib".

Valyuta.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Valeh Əmiraslanov bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində uzunluğu 3 km, eni 60 m olan uçuş enmə zolağının torpaq yatağı çıxarılıb, əks dolu işləri aparılıb, konstruksiya lay-lay verilərək tamamlanıb: 

"Hazırda uçuş enmə zolağında üst lay deyilən aşınma qatı vurulur. Bunun 1500 metrində, 25 m enində 22,5 m hissəsi tamamlanıb. Digər hissələrdə isə konstruksiyanın alt layının asfalt qatı vurulur. Sükan yoluna asfalt vurulması üçün konstruksiya tələblərinə uyğun olaraq işlər tamamlanıb, yaxın zamanlarda asfalt işlərinə başlanılacaq. Sahəsi 60 min kv.m olan perronda da tamamlanma işləri gedir. Sükan yolunda asfalt işləri bitdikdən sonra paralel perrona da keçəcək. Burada 8 hava gəmisinin dayanması nəzərdə tutulub. Bina və qurğulardan isə terminal binasında işlərin 60-70 faizi tamamlanmaq üzrədir. Metal konstruksiya tam bitib, dam üzlüklə üzlənir. Köməkçi binalar 2 ədəd tutumu 250 kub metr olan, 1 ədəd 500 kub metr olan su rezervləri tam tiklib yoxlanılıb. Müvafiq izolyasiya işləri yerinə yetirilib".

V.Əmiraslanov deyib ki, hava limanının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 2,5 km olan hava xətti çəkilib və sahə daxili 10 kilovoltluq daxili kabellər çəkilib. Uçuşların enməsinin təmin olunması üçün naviqasiya avadanlıqları alınıb quraşdırılıb: 

"Eyni zamanda, gecə vaxtı hava gəmilərinin uçuş enmə zolağına enməsini təmin etmək üçün işıq siqnal sistemi quraşdırılıb. İşığın yaxın zamanda tamamlanması gözlənilir. Ümumilikdə işıq siqnal sisteminin 85-90 faizi tam yerinə yetirilib. Hava limanı beynəlxalq səviyyəli və kütləsi 400 tona qədər olan hava gəmilərinin qəbulu nəzərdə tutulur. Hava limanının payız aylarında istifadəyə verilməsi nəzərdə tutulur. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Ancaq laboratoriya yoxlamaları sınaq uçuşundan əvvəl avqustun 25-dən sonra həyata keçiriləcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

"Bakcell"in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşdü (FOTO)

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin