BAKU Azərbaycan
26.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Hazırda Bakı metropolitenindəki 121 güclü ventilyatorun hər biri texniki cəhətdən saz və işlək vəziyyətdədir.

Bu barədə Valyuta.az-a “Bakı Metropoliteni” QSC-dən xəbər verilib.

Bildirilir ki, son illərdə metropolitendə havalandırma sisteminə baxış dəyişib, köklü yeniliklər gətirilib: 

“Metropolitendə havalandırma sisteminin səmərəli işi həm də ventilyatorların iş qrafikinin düzgün təşkilindən asılıdır. Araşdırmalar nəticəsində köhnə qrafikin nəinki səmərəsiz, hətta bəzi məqamlarda əks təsirli olduğu aşkar edilib. 2018-ci ildə iki mərhələli yay və qış qrafiki, 4 mərhələli - yay, payız, qış və yaz qrafiki ilə əvəzlənib. Yeni qrafik stansiyalarda temperatur rejimini, iqlim şəraitinin ən optimal göstəricilərini daha asan şəkildə təmin etməklə yanaşı, iqtisadi səmərəliliyi ilə fərqlənir.

Stansiyalarda vəziyyət barədə əldə olunan məlumatın reallığı tam əks etdirməsi üçün ölçmələr hər stansiyanın 15-20 nöqtəsində aparılır”.

Qeyd edilir ki, koronavirus infeksiyasının yaratdığı epidemioloji təhlükə ilk günlərdən “Bakı Metropoliteni” QSC-nin xüsusi diqqət mərkəzində olub: 

“2020-ci il fevral ayının 21-dən metropolitendə əsaslı və cari xarakterli geniş dezinfeksiya işləri aparılır. Bu xüsusda ventilyatorlar dünya metropolitenlərinin təcrübəsinə istinad edilməklə hazırlanmış yeni qrafik üzrə xüsusi iş rejiminə keçirilib. Lakin virusun yayılmasının minimuma endirilməsi məqsədilə tətbiq edilən bu və digər tədbirlərin təsiri sosial və ictimai məsuliyyətdən, "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər"in tələblərinə əməl olunmasından asılıdır”. 

Vurğulanır ki, sərnişinlərin sanitar-gigiyenik qaydalara əməl etməsi, xüsusən fəal virus mənbəyi olan kulinariya və qida məhsullarının stansiya və qatarlara atılmaması, əllə təmas olunan səthlərin çirkdən qorunması heç də az əhəmiyyət kəsb etmir:

“Əminik ki, qeyd edilən qaydalara, prinsipial vəzifələrə riayət edildikcə, sərnişinlərə nümunəvi xidmət göstərmək üçün bütün qüvvəsini səfərbər etmiş metropolitenin təhlükə mənbəyinə çevrilməsinə imkan verilməyəcək. Bu məsələdə metropoliten işçiləri və Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları ilə həmrəy olaraq, sərnişinlər sosial fəallığına güvənirik”.

Ömər Vəzirli

Son xəbərlər

Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü - RƏSMİ

Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü - RƏSMİ

Azərbaycanda vaxtı keçən kreditlərin payı aşağı düşüb

Müəllimlərin əmək haqqının yeni qaydada necə hesablanacaq? - TN

Ünvanlı sosial yardım ödəniləcəyi tarix açıqlandı

Avropadakı qaz böhranı neftə tələbatı artıra bilər - PROQNOZ

“Təmiz Şəhər” ASC İnvestisiya Holdinqinin idarəetməsinə verildi - SƏRƏNCAM

Əhali kreditləri plastik kartlarla almağa üstünlük verir

Rusiyada "Aİ-95" markalı benzinin qiyməti rekord həddə çatdı

“Azərbaycan Beynəlxalq Bankı” İnvestisiya Holdinqinin idarəetməsinə verildi

“Azərbaycan Beynəlxalq Bankı” İnvestisiya Holdinqinin idarəetməsinə verildi

“Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək göstərildi

Təbii qazın bahalaşması davam edir

Sürət zəif, qiymət isə baha: İnternet problemi nə vaxt həll olunacaq?

“Azərxalça”da 22 milyon hara sərf olunub? - Dövlət xalçaçılığa dəstək olmaq istəyirsə...

“Azərxalça”da 22 milyon hara sərf olunub? - Dövlət xalçaçılığa dəstək olmaq istəyirsə...

Ali məktəblərdə dərslərin təşkili qaydası açıqlandı

Azərbaycanda bu il inflyasiya hədəf diapazonu çərçivəsində qalacaq

Bakıda ağacları qanunsuz kəsənlər axtarışa verildi: Təbiətə böyük ziyan vurublar

Tədrisin başlanması ilə bağlı metro stansiyalarına nəzarət gücləndirildi

Nazirlər Kabineti yeni tədris ilinin başlaması ilə bağlı qərar verdi

"Brent" neftinin qiyməti 75 dolları ötdü

Buğdadan hazırlanan un bahalaşdı – Qiymət açıqlanır

Buğdadan hazırlanan un bahalaşdı – Qiymət açıqlanır

Bütün xəbərlər