BAKU Azərbaycan
22.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Xətai rayonunda təmirə ehtiyacı olan ümumi uzunluğu 14.2 km təşkil edən küçə və yollarda təmir-tikinti işlərini davam etdirir.

Valyuta.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu çərçivədə rayon üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Nəsrəddin Tusi və Əliağa Şıxlinski küçələrində aparılıb.

Uzunluğu 2.8 km təşkil edən Nəsrəddin Tusi küçəsi və Əliağa Şıxlinski küçəsinin 1.8 km-lik hissəsi uzun müddət təmir olunmadan istismar olunurdu. Bu üzdən hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Təmir zamanı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib. Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Sonuncu mərhələdə isə hər iki küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Görülən təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb. Bu il “İnvestisiya Proqramı”na uyğun olaraq Xətai rayonu üzrə daha öncə təmirə ehtiyacı olan 2.1 km uzunluğa malik Kazımağa Kərimov və 2.8 km-lik Abbas Fətullayev küçələrində, həmçinin 0.7 km-lik Zavod küçəsi üzrə yollarda da anoloji təmir işləri icra olunub. 4 km uzunluğa malik Admiral Naximov küçəsinin yan yollarında isə təmir işlərinin aparılması nəzərdə tutulur.

Ümumiyyətlə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik Xətai rayonunda 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 km uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görüb.

Son xəbərlər

Məcburi auditdən keçmə səviyyəsi 49 %-ə çatıb – AÇIQLAMA

“Pfizer/BioNTech”: Peyvənd 5-11 yaş uşaqları da qoruyur

Həbsdə olan sabiq icra başçısından xəbər var: ECMO cihazına qoşuldu

Həbsdə olan sabiq icra başçısından xəbər var: ECMO cihazına qoşuldu

Azərbaycanda hansı avtomobillər sığorta olunmur? - AÇIQLAMA

Evlərin sənədləşdirilməsi sahəsində problemlər açıqlanıb

Təhsil işçilərinin 90 faizi vaksinasiyadan keçib

Mərkəzi Bankdan yeni QƏRAR: Müştəri məsafədən hesab aça biləcək

Bu il ən çox tərəvəzlər bahalaşıb – Müqayisəli qiymətlər

“Equinor” Avropaya qaz tədarükünü artıracaq

Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT (FOTO)

Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT (FOTO)

Əhalinin İKT xərclərinin 35 faizi internetlə bağlıdır

"ƏDV geri al" çərçivəsində istehlakçılara qaytarılan vəsait aşıqlandı

Muzdla çalışan işçilərin sayı kəskin artıb - STATİSTİKA

Bu il vergi proqnozuna neçə faiz əməl edilib? - Hesabat

Banklar tərəfindən verilən kreditlərin məbləği açıqlandı

Londonda meşəsi olan sabiq nazir indi haradadır? - UNUDULAN MƏMURLAR

Azərbaycanda qiymətli kağızlarla bağlı yeni tələblər müəyyənləşib

“COVID-19”-un “Delta” növü ən çox cavanlara ziyan vurur - İnfeksionist

Yeni tədris ili üçün nə qədər dərslik çap edilib? - Açıqlama

Repetitorların 20 faiz vergi ödəyəcəyi məsələsinə aydınlıq gətirildi - RƏSMİ 

Bütün xəbərlər